Harvardın azərbaycanlı professoru daha bir uğura imza atdı

Elm və texnologiya 22:15 29.12.2018

Ötən il  dünyanın  elmi əsərlərinə ən çox   istinad olunan gənc alimləri arasında  adı çəkilərək  Harvard Universitetinə  dəvət edilən və  hazırda dünyanın ən reytinqli  ali təhsil müəssisəsində tədqiqatlar aparan riyaziyyat professoru Anar Əhmədov daha  bir uğura imza atıb. 

Eurasia Diary xəbər verir ki, A.Əhmədov  Almaniyanın Humboldt  Fondunun təcrübəli tədqiqatçılar üçün  Humboldt Təqaüdünə (“Humboldt Research Fellowship for Experienced Researchers”)  layiq görülüb.  

“Azərbaycan müəllimi” qəzetinə eksklüziv açıqlamasında Harvard  Universitetinin  professoru  aşağıdakıları söyləyib:

"Bu təqaüd  daimi professorlara Almaniyada  uzun müddətli tədqiqatlar  aparmaq məqsədi ilə  verilir. Mən və ailəm  3-4 illik müddətə Almaniyaya  dəvət olunmuşuq.  Burada  ortaq çalışdığım bir professor məni  may ayında bu təqaüdə təqdim etmişdi. Bundan əlavə,  mənim apardığım  tədqiqatlarla bağlı  Humboldt  Fonduna  (“Humboldt Foundation” ) Amerikadan bir neçə  əlavə məktublar yazılmışdı.  Qaydalara əsasən, 6 aya yaxın bir zamanda layihələrə  baxılır  və bütün  sahələr üzrə verilən layihələrin  1/3-i   “Humboldt Foundation”  tərəfindən mükafatlandırılır.

Təqaüd əsasən, əvvəl qazanılan uğurlar və yeni təqdim olunan ortaq layihələrə görə verilir. Səhv etmirəmsə,  riyaziyyatdan bu il 10-a  yaxın layihə  mükafatlandırılıb.  Mən 3-4 il Almaniyanın  Bayrot Universitetində (University of Bayreuth) tədqiqat aparacağam və Avropada olan bir neçə  professorlarla ortaq çalışacağam. Almaniyanın müxtəlif şəhərlərində yerləşən tədqiqat mərkəzləri ilə tanışlıq da bu proqrama daxildir.   Bundan əlavə, proqram çərçivəsində Almaniyanın baş naziri ilə görüşümüz də planlaşdırılır".

Qeyd edək ki, Humboldt Fondu hər il bütün dünyadan 2000-dən çox tədqiqatçıya Almaniyada tədqiqatlar aparmağa imkan verir.  Hazırda 140-dan çox ölkədə Fondun təqaüdünü almış 29 000-dən çox alim yaşayır. Onların arasında 55 Nobel mükafatı laureatı var.

Fondun təqaüdünə yaxşı akademik ixtisaslaşmaya və doktorluq  elmi dərəcəsinə malik, öz tədqiqat  istiqaməti, bir neçə illik müstəqil tədqiqatçılıq təcrübəsi olan,  alman və ya ingilis dillərini mükəmməl bilən alimlər layiq görülür.

A.Əhmədov  1976-cı ildə  hazırda erməni işğalı altında olan Cəbrayıl rayonunda anadan olub. 1993-cü ildə  Bakı  şəhərindəki  58 nömrəli tam orta məktəbi  bitirib.  Elə  həmin ildə Bakı  Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə  daxil olub. 1996-cı  ildən Amerika Birləşmiş Ştatlarına köçərək ali  təhsilini Kaliforniya Dövlət Universitetində  fərqlənmə ilə  bitirib. 2006-cı ildə  Kaliforniya Universitetində  riyaziyyat sahəsində  doktorluq elmi dərəcəsi  alıb. Həm də  2001 və  2003-2004-cü  illərdə ABŞ-ın nüfuzlu Berkli və Prinston universitetlərində doktorantura təhsili alıb. 2006-2009-cu illərdə ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində köməkçi professor və  alim kimi çalışıb.  2018-ci  ildə Minnesota Universitetinin professoru olaraq  Amerikanın “Simons”  Fondunun  (The Simons Foundation) təqaüdünə də layiq görülüb. Riyaziyyat və nəzəri fizika üzrə xüsusi təqaüdə (Simons Fellows in Mathematics and Theoretical Physics Announced)  layiq  görülən ilk azərbaycanlı alim-tədqiqatçıdır.   Bu təqaüd A.Əhmədova 2018-2019-cu illərdə Harvard Universitetində  professorluq etməyə imkan verib. 

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Hamısı