Azərbaycanlı alim Mendeleyev cədvəlini modernləşdirdi YENİLİK

Elm və texnologiya 18:45 04.02.2019

Bakıda fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin kimya müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Firudin Quliyev Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayıb.

Eurasia Diary xəbər verir ki, F.Quliyev 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır. Universiteti bitirdikdən sonra 1981-2014-cü illərdə AMEA-nın Kimya İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. 1984-1986-cı illərdə AMEA-da aspiranturada təhsilini davam etdirərək elmi iş üzərində işləmişdir. 1999-cu ildə “Dixlorhidrat-dimin efirlərinin alınma texnologiyasının işlənib hazırlanması” mövzusunda elmi işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Firudin müəllim 18 elmi əsərin, 3 müəllif şəhadətnaməsinin və iki patentin müəllifidir. O, həm də nəzəri biliklərini gündəlik işində bacarıqla tətbiq edən təcrübəli pedaqoqdur. 1997-ci ildən Bakı şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseydə  pedaqoji fəaliyyət göstərir. O, işlədiyi müddətdə öz fənnini şagirdlərə sevdirməyi bacarmış, kimyəvi təcrübələrin, praktik işlərin aparılmasına daha çox üstünlük vermişdir. Firudin müəllim ali məktəblərə hazırlaşanlar üçün 3 hissədən ibarət olan “Kimyadan test bankı” kitabının müəllifidir. 

Böyük rus alimi D.İ.Mendeleyev 1869-cu ildə kimyəvi  elementlərin dövri qanununu kəşf etdi. Bu qanun bir tərəfdən o vaxta kimi məlum olan kimyəvi elementlər barəsində toplanmış zəngin, lakin pərakəndə məlumatları dahiyanə şəkildə ümumiləşdirməyə və onların dərin elmi təhlilini verməyə imkan yaratdı, digər tərəfdən isə yeni kimyəvi elementlərin axtarışı sahəsində alimlərin əlində güclü kompasa çevrildi. 

Kimyəvi elementlərin mövcud dövri cədvəlində elementlər, bir qayda olaraq, atomun quruluşuna uyğun s-, p-, d-, f- elementlər olmaqla təsnif olunmuşdur. Burada hər bir elementin yerləşmə ardıcıllığı bütün mövcud qaydalara uyğun şəkildə həyata keçirilmişdir və qanunauyğunluq qorunub saxlanmışdır. Bu cədvəldə elementlər təsnif olunarkən metalar, qeyri-metallar və amfoter metallar olmaqla üç qismə bölünmüşdür. 

Texnika elmləri  üzrə fəlsəfə doktoru, daim axtarışlar aparan, yeni elmi araşdırmalar üzərində çalışan bacarıqlı alim Firudin Quliyev dahi alim D.İ.Mendeleyevin Elementlərin Dövri Sistemi cədvəlinin təkmilləşdirilməsi sahəsində yeniliyə imza atmış, onun yeni, təkmilləşdirilmiş variantını yaratmışdır. Cədvələ yeni baxış olaraq elementlər həm s-, p-, d-, f- elementlərinə, həm də metallar, qeyri-metallar və amfoter metallara bölünməklə təsnif olunmuşdur. Yəni hər bir kəs cədvələ müraciət edərkən həm s-, p-, d-, f- elementlərini və eyni zamanda metalları, qeyri-metalları və amfoter metalları tapmaqda heç bir çətinliklə üzləşməyəcək.

Təqdim olunan bu cədvəldə bundan əvvəlkilərdən  bir qədər fərqli olaraq qeyri-metalların özləri qırmızı, amfoter metallar yaşıl və metallar qara rənglərlə təsvir edilmiş, onların yerləşdiyi xanalar isə elektron orbitlərin sayına görə yasəmən rəngli xanalarda s-elemetləri, sarı xanalarda p-elementləri, mavi rəngdə d-elementləri və rəngsiz şəffaf xanalarda isə f-elementləri göstərilmişdir. 

Bu cür tərtibat kimyaçı olmayan insanlar da cədvəlin sağ yuxarı küncündə edilən qeydlərə əsasən hər hansı elementin metal, qeyri-metal  və amfoter olması barədə aydın təsəvvürlərə malik olur. Kimyaçılar isə onların istifadəsi üçün daha rahat, asan olan maraqlı kimya vəsaiti əldə etmiş olurlar. Cədvəl, müasir dərs proqramına uyğun tərtib edilmişdir ki, bu da şagirdlərin bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının mənimsənilməsinə kömək edəcəkdir. 

Mendeleyevin Elementlərin Dövri Sistemi  cədvəlinə edilmiş dəyişikliyə respublikamızın bir çox universitetlərinin mütəxəssisləri, kimyaçı elm adamları öz münasibətlərini bildirmişlər. 

AMEA-nın akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru Ə.Yaqubov və aparıcı elmi işçisi Y.Nağıyev müsbət rəy verərək, qeyd edirlər ki, F.Quliyevin kimyəvi elementlərin dövri cədvəli təqdirəlayiqdir və şagirdlərin kimyadan müasir biliklərə yiyələnməsində və yeni təlim texnologiyalarının tətbiqində öz bəhrəsini verəcəkdir. 

Bakı Dövlət Universitetinin  “Ümumi və qeyri-üzvi kimya” kafedrasının müdiri, kimya elmləri doktoru, professor Teymur İlyaslı rəyində F.D.Quliyevin tərtib etdiyi cədvəlin təsdiq edilərək, tədris müəssisələrində istifadə edilməsini tövsiyə edir, bunu  məqsədəuyğun sayır. 

Bakı Dövlət Universitetinin “Üzvi kimya” kafedrasının professoru N.Q.Şıxaliyev, “Kimyanın tədrisi metodikası” kafedrasının müdiri, dosent Ə.T.Əzizov, AMEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, akademik A.Əliyev tərəfindən də Mendeleyevin Elementlərin Dövri Sistemi cədvəlinə edilən modern dəyişiklik yüksək qiymətləndirilmişdir. 

Mendeleyevin Elementlərin Dövri Sistemi cədvəlinə yuxarıda qeyd edilən dəyişiklik Rusiya Federasiyasında nəşr olunan kimya elminə aid jurnallarda da yer almışdır. Belə ki,  “Evraziyskiy soyuz uçenıx” (ESU) (Ejemesyaçnıy nauçnıy jurnal № 9(54)/2018) jurnalının “Ximiçeskiye nauki” bölməsində “Modern view on periodi table” adlı məqalə dərc edilmişdir. 

Bu barədə məlumatların daha 2 elmi jurnalda dərc olunmasını qeyd etmək lazımdır. “Nauka seqodnya faktı, tendençii, proqnozı” jurnalıdır. Həmin jurnalın 27 iyun 2018-ci il tarixli nömrəsinin “Ximiçeskiye  nauki” bölməsində və  “Voprosı obrazovaniya i nauki”  jurnalında F.Quliyevin “Modern view on periodik table” adlı məqalələri yer almışdır. 

Yuxarıda qeyd etdiyimiz mütəxəssislər tərəfindən əlavə cədvəlin yenilənmiş variantı AMEA-nın müvafiq institutlarında, bir çox orta məktəb və liseydə müzakirə olunmuş və məktəblərdə tətbiqi tövsiyə edilmişdir. İnanırıq ki, bu cədvəl respublikamızda kimya fənninin dərindən mənimsənilməsində öz töhfəsini verəcəkdir. 

Bəxtiyar NƏCƏFOV,

AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor, Rusiya Beynəlxalq Təbiətşünaslıq Akademiyasının akademiki

 

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO

Xəbər xətti

Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
Hamısı