İngiltərənin “Comparitech” şirkəti kibertəhlükəsizliyi təmin etməyi bacaran və bacarmayan ölkələrin siyahısını hazırlayıb.
Eurasia Diary “Qafqazinfo”-a istinadla xəbər verir ki, 60 ölkənin yer aldığı siyahıda ən pis vəziyyətdə olan ölkələrin onluğunda Əl-Cəzirə, İndoneziya, Vyetnam, Tanzaniya, Özbəkistan, Banqladeş, Pakistan, Belarus, İran və Ukrayna yer alıb.
Mobil telefonların zərərli proqramlardan ən çox təsirləndiyi 5 ölkəyə Banqladeş, Nigeriya, İran, Tanzaniya və Çin daxil olub.
Masaüstü kompüterlərin zərərli proqramlardan ən çox təsirləndiyi ölkələr arasında Azərbaycan, Əl-Cəzirə, Belarus, Ukrayna və İndoneziya var.
Ən yaxşı kibertəhlükəsizliyə malik ölkələr isə Yaponiya, Fransa, Kanada, Danimarka və ABŞ-dır.