Azərbaycanlı deputatların Dumadakı çıxışları miniatür kitablarda

Elm və texnologiya 21:43 09.02.2019

Miniatür Kitab Muzeyində Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin tədqiqatları əsasında ərsəyə gələn “Azerbaydjanskiye deputatı v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildlik miniatür kitabının təqdimatı keçirilib. Eurasia Diary xəbər verir ki, muzeyin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova tədbiri açaraq bu təqdimatı muzey üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Qeyd edib ki, kitabda dörd çağırış Rusiya Dövlət Dumasında azərbaycanlı deputatların çıxışlarının mətnləri yer alıb. Birinci cilddə 1906-1907-ci illər I və II çağırış, ikinci cilddə 1907-1917-ci illər III və IV çağırış Dövlət Dumasında azərbaycanlı deputatların çıxışları verilib. Birinci cilddə, həmçinin professor Dilarə Seyidzadənin müvafiq dövrdə azərbaycanlı deputatların Rusiya Dövlət Dumasında fəaliyyətinə dair analitik məqaləsi verilib.

Müəllifinə qürur hissi yaşadan mövzu

Təqdimat mərasimində çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi nəticəsində dünya birliyi il ərzində XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş bütün hadisələrlə tanış olmaq imkanı qazanıb. Bu kitabın nəşri də ona dərin minnətdarlıq əlamətidir.

Nəşr haqqında ətraflı məlumat verən tarixçi-alim qeyd edib ki, 1905-ci ilin dekabr ayında Rusiya çarı Dövlət Dumasına seçkilər haqqında Fərman imzalayıb. Fərmana əsasən imperiya ərazisində yaşayan əhaliyə, o cümlədən Azərbaycana da Dövlət Dumasına nümayəndə seçmək hüququ verilib. Seçkilər 1905-ci il 17 oktyabr Manifestindən sonra keçirilib. O zaman Azərbaycan Bakı və Yelizavetpol (indiki Gəncə) quberniyalarından ibarət idi, eyni zamanda, Qafqazdakı bütün quberniyalar Rusiya canişinliyinin tərkibində idi. Rus çarının nümayəndəsi – canişinin bütün seçkilərə qarışmaq, seçkilərin gedişində öz düzəlişlərini etmək hüququna malik idi. O zaman ümumi razılığa əsasən Rusiya Dövlət Dumasına Azərbaycandan rus dilini mükəmməl bilən şəxsləri göndərmək qərara alınmışdı. Bu da təbii idi, çünki Dumada bütün danışıqlar rus dilində aparılırdı. 1906-cı ildə Bakı və Yelizavetpol quberniyalarında seçkilər keçirildi. Quberniyalardan Dumaya Moskva və Sankt-Peterburqun ali məktəblərində hüquq təhsili almış şəxslər seçildilər. Deputatların hüquq təhsilli olması xalqın mənafeyini müdafiə etmək baxımından çox gözəl seçim idi. Birinci çağırışda Azərbaycanı Məmmədtağı Əliyev, Əsədullabəy Muradxanov, Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhimbəy Haqverdiyev təmsil edib.

Azərbaycanlı deputatların daxil olduğu 36 nəfərdən ibarət müsəlman fraksiyasına Əlimərdan bəy Topçubaşov sədrlik edib. Azərbaycanı II Dumada Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmmədağa Şahtaxtinski, İsmayıl Tağıyev, Mustafa Mahmudov və Zeynal Zeynalov, III Dövlət Dumasında Xəlil bəy Xasməmmədov, IV Dumada Məmmədyusif Cəfərov təmsil edib.

Professor Dilarə Seyidzadə ötən əsrin 60-cı illərində Moskvada aspiranturada oxuyarkən apardığı tədqiqatlardan da söz açıb.

Qeyd edək ki, XX əsrin 60-cı illərində tarix elmi ilə məşğul olanlar daha çox beşilliklərdən, tətillərdən, üsyanlardan yazırdılar. Dilarə Seyidzadə isə 1963-cü ildə Moskvaya aspiranturaya oxumağa gedəndə vətəndaş mövqeyi nümayiş etdirərək məhz azərbaycanlı deputatların Dumada fəaliyyəti ilə bağlı dərin tədqiqat aparmağı qarşısına məqsəd qoymuşdu. Hətta o zaman Lenin kitabxanasında stenoqrafik hesabata dair bir şagird dəftəri həcmində məlumat toplaya bilməsi, kadetlərdən, oktyabristlərdən yazmaq barədə ona edilən təklif Dilarə xanımı yolundan çəkindirməyib. Onun namizədlik dissertasiyası ilə yanaşı, gərgin axtarışları sayəsində “Azərbaycan deputatları Rusiya Dövlət Dumasında” monoqrafiyası üçün material toplanıb.

“Tədqiqatımın ən yaxşı hissəsi məhz azərbaycanlı deputatlarla bağlı olan hissədir. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaranıb. Bu, həmin böyük insanların dərin zəkası sayəsində baş tutub”, - deyə tarixçi-alim bildirib.

Azərbaycanın səsini dünyaya çatdıran kitab

Təqdimat mərasimində “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundova, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, yazıçı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə Əliyeva, İlham Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Bakı Dövlət Universitetinin gender və psixologiya kafedrasının rəhbəri Rəna İbrahimbəyova çıxış ediblər.

Çıxışlarda Dilarə Seyidzadənin sovet dövründə apardığı tədqiqatlar cəsarətli addım kimi dəyərləndirilib. Qeyd edilib ki, təqdimatı keçirilən nəşr Azərbaycanın səsini dünyaya çatdıran kitabdır. Təsadüfi deyil ki, kitabın elektron variantını indiyə qədər 9 minədək insan oxuyub.

Vurğulanıb ki, dəyərli tarixi mənbə olan bu kitabları rus dilinin işlək olduğu ölkələrə göndərmək lazımdır.

Qeyd edək ki, “Azerbaydjanskiye deputatı v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildliyi “İndiqo” mətbəəsində Miniatür Kitab Muzeyi tərəfindən hər cildi 100 nüsxə olmaqla rus dilində nəşr edilib. Ölçüsü 60x70 millimetr olan kitabın I cildi 288, II cildi 340 səhifədən ibarətdir. Nəşrdə çoxlu sayda ağ-qara fotoşəkillər yer alıb.

 

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
Hamısı