Bakıdakı İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Əntiqə Rüstəmova Rusiyanın Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində keçirilən “Qış nağılı” adlı Beynəlxalq uşaq rəsm sərgisində qalib olub.
Eurasia Diary xəbər verir ki, ötən ilin dekabrında “Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyi”nin Bakı təmsilçiliyinə Rusiyanın Nijni Tagil şəhərindən “Qış nağılı” adlı Beynəlxalq uşaq rəsm sərgisində Azərbaycandan da uşaq və yeniyetmələrin iştirakı ilə bağlı təklif məktubu göndərilib. Bu məqsədlə Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinə müraciət olunub, zaman az olduğundan 4 müəllim və 13 şagirdin bu mövzuda rəsm əsərləri sərgiyə göndərilib.
Fevralın 11-də qaliblər təltif olunub. Onların arasında gənc rəssam Əntiqə Rüstəmova da var. Gənc rəssam hər bir nailiyyətinə görə başda gimnaziya rəhbərliyi olmaqla ixtisas müəllimi İlqar Əkbərova borclu olduğunu deyir.