Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan, elmi təcrübə üçün evləndirilən türk ARAŞDIRMA

Elm və texnologiya 19:38 16.02.2019

Andirian Nikolayev haqqında  çox yazılıb. Sovet İttifaqında kosmonavtlar öləndə adətən “Ulduz” şəhərciyində dəfn edilirlər. Amma onu doğulduğu kənddə dəfn etdilər. Səbəbi Andiriyan Nikolayev hökumətdən narazılığı oldu. Andirian Nikolayev eksperiment kimi istifadə edib kosmosa uçan ilk qadın Tereşkova ilə evləndirdilər. Yoxlamaq istəyirdilər ki, kosmosa uçuş qadın və kişilərin dölünə necə təsir edir.  İnsan üzərində aparılan bu eksperimentlər Andirian Nikolayevi bezdirdi. Narazılığını dilə gətirdi. Arvadı boşadı. Bununla da narazılıqlar başladı”.

Araşdırmaçı Əli Şamilin Nikolayev soyadlı kosmonavt barəsindəki qısa məlumatı yəqin ki, onun şəxsiyyəti barəsində sizdə yəqin, maraq oyatdı.

Eurasia Diary AzEdu.az-a istinadla çox maraqlı tale və xakaterə sahib olan türk xalqlarının ilk kosmonavt oğlu, milliyətcə çuvaş olan Andrian Nikolayevin ömür yoluna aid bir neçə maraqlı faktı təqdim edəcək.

İlk türk kosmonavt

Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci adamı olan Andrian Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub.

Kəndlərindəki natamam orta təhsil verən məktəbi bitirdikdən sonra Mari-Posad şəhərindəki Meşə Texnologiyası Texnikumunda oxuyub. 1947-ci ildə oranı uğurla başa vurduqdan sonra da əsgəri xidmətə yollanıb. Əsgəri xidmətini nümunəvi başa vurduqda onu Frunze adına Hərbi-Aviasya Məktəbinə oxumağa göndəriblər. Hərbi-Aviasya Məktəbini 1954-cü ildə bitirdikdən sonra Sovet Sosialist Respubilkaları İttifaqı Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil etmişlər.

Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Əli Şamil AzEdu.az-a açıqlamasında kosmonavt barəsində bir xeyli maraqlı faktlara toxunub:

“Ötənləri xayırlayanda Andriyan Nikolayev təəccübünü gizlətmədən həmişə deyirmiş ki, özüm də bilmədim, necə oldu ki, mənə həm qırıcı təyyarə pilotluğu, həm də kosmosa uçmaq etibar edildi.

Dünyada ilk dəfə kosmosa uçan insan Yuri Qaqarinlə birgə Andriyan Nikolayev məşq edib. Son anda ilk dəfə kosmosa Yuri Qaqarinin göndərilməsi qərara alınıb. 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmasa uçuşu dünyada böyük maraqla qarşılanıb.

Bu uçuş Sovet Sosialist Respubilkaları İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmosun fəthi uğrunda rəqabəti dərinləşirib. Sovet Sosialist Respubilkaları İttifaqı ikinci dəfə kosmaosa insan göndərməyi planlayanda German Titovla birlikdə Andriyan Nikolayev də məşq edib. Proqramı yüksək səviyyədə yerinə yetirib. Lakin kosmosa German Titovun göndərilməsi məsləhət bilinib”

Bundan sonra Amerika Birləşmiş Ştatları da rəqibini geridə qoymaq üçün kosmosa uçuşlar təşkil edib. Sovet Sosialist Respubilkaları İttifaqı texniki imkanlar olmasa da, kosmosa uzunmuddətli uçuşlar planlayır. Bu, sanki insan üzərində təcrübə aparmaq kimi bir şey idi. Buna görə də kosmonavtları yerdə, kosmik şəraitə uyğun tək otaqlı palatalarda yerləşdirdilər. Bu eksperimental şəraitə ən çox dözərək “dəmir adam” ləqəbini qazanan Andriyan Nikolayev olur. Həmin eksperimentdən az sonra, yəni 1962-ci ildə... 

Bu uçuş bir neçə cəhətdən önəmli idi. Andriyan Nikolayevdən bir gün sonra, yəni 1962-ci il avqustun 12-də “Vostok-4”lə Pavel Popoviç uçuşa başlayır. Dünayda ilk dəfə kosmik gəmilərin birgə uçuşu həyata keçirilir:

Brejneyeveə sui qəsd, türk oğlunun fədakarlığı

“Andriyan Nikolayevin idarə etdiyi “Vostok-3” kosmik gəmisi 1962-ci il avqustun 11-15-də kosmosda olur. Dörd gündə Andriyan Nikolayev Yer kürəsi ətrafında 64 dəfə dövrə vurur. Bundan əlavə o, ilk dəfə kosmik gəmidə bağlandığı kreslodan ayrılaraq havasızlıq şəraitində gəminin daxilində hərəkət edir. Əslində, bu kreslo kosmanavtı kosmik gəmidən kənara atmaq, Yer kürəsinə göndərmək üçün nəzərdə tutulmuşdu. Andriyan Nikolayev kreslodan ayrıldıqdan sonra bir daha ona dönərək əyləşə bilməsə idi, üzun müddət gəmisi ilə birlikdə kosmosda qalmaq və ya fəzada sürtünmədən məhv olan gəmi ilə birlikdə ölmək təhlükəsilə üzləşməli idi.

Kosmosda ilk qrup uçuşu uğurla keçsə də, Andriyan Nikolayev üçün olduqca ağır olur. O, yerə endikdən sonra ayaq üstə duranda bədənində çəkisizlik şəraitində dövr etməyə alışmış qan ayaqlarına axmağa başlayır. Bədəninin yuxarı hissəsində qan azaldığından bənizi ayazıyıb, başı gicəllənsə də, özün toparlayaraq ayaq üstə dura bilir. Onların kosmosa uçuşu bir də uzun müddət gizli saxlanan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə sui-qəsd cəhdi ilə yadda qalır.

Andrian Nikolayev və Pavel Popoviç Moskvaya təntənə ilə qarşılanmaya və Sovet İttifaqı Qəhrəmanı adının təqdimedilməsinə gətirilərkən Sovet Ordusunun kiçik zabiti Viktor İlin bu qarşılanma mərasimindən istifadə edərək Leonid Brejnevə atəş açmağa cəhd göstərir”. 

Eksperiment xatirinə evlənmək

Kosmonavtlar dəstəsində çalışan Andriyan Nikolayev Nikolay Jukovski adına Hərbi-Hava Mühəndisləri Akademiyasında oxumuş və oranı 1968-ci ildə uğurla başa vurur. 

1963-cü il noyabrın 3-də dünyada ilk dəfə kosmosa qadın göndərilir. “Vostok-6” gəmisi ilə uçan Valentina Tereşkova ilə Andriyan Nikolayev evləndirilir. Bu evlilikdən Yelena dünyaya gəlir. Uzun müddət bu ailə xoşbəxtlik, məhəbbətlə qurulmuş bir ailə kimi təqdim olunur. Andriyan Nikolayev müsahibələrində və kitablarında ailəsindən, məhəbbətindən yazır. Xanımı və qızı ilə birlikdə dəfələrlə doğulub boya-başa çatdığı Şorşeli kəndinə gəlirlər.

Lakin bu ailənin ömrü səkkiz ili keçmir. Sonralarməlum olur ki, bu evliliyin də arxasında Sovet tibb mütəxəssislərinin bir eksperimenti dururmuş.

Ömrün sonuncu kosmik stansiyası 

Nikolayevi bütün bunlar çox sarsıdır. Həyatının sonrakı mərhələsi haqqında Əli Şamili dinləyək:

“Andriyan Nikolayev “Soyuz-8” kosmik gəmisi ilə uçuşlara hazırlaşsa da, ikinci dəfə 1970-ci il iyunun 1-19-da “Soyuz-9” gəmisinin kapitanı kimi uçmalı olur. Onun V.İ.Sevastiyanovla birlikdə uçuşu 424 saat 59 dəqiqə çəkir. Birlikdə elmi-texniki və tibbi-bioloji araşdırmalar proqramını yerinə yetirirlər. Uçuşu uğurla başa vurduğuna görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı və Qızıl ulduz medalı verilir. 

1970-ci ildə aviasiya general mayoru adına layiq görülən texnika elmləri namizədi Andriyan Nikolayev bir müddət kosmonavtların uçuşa hazırlanmasında iştirak etdikdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olur. 6, 7 və 8-ci çağrış Rusiya Sovet Fedarativ Respublikasıı Ali Sovetinin deputatı olan Andriyan Nikolayev 1982-ci ildən kosmanavtlar dəstəsindən ayrılır.

Bir sıra xarici ölkələrin örden və mükafatları ilə təltif olunan, Ayın arxa tərəfinin katerlərindən biri onun şərəfinə adlandırılır. Lakin Andriyan Nikolayevin milliyətcə Çuvaş olduğu heç vaxt vurğulanmırdı. Hansı ki, Sovet strateqləri Sovet Sosialist Respubilkaları İttifaqıda yaşayan xalqların arasında ayrı-seçkilik olmadığını, beynəlmiləl bir ailədə yaşadıqlarını göstərmək üçün kosmonavtlardan birini arvadının soyadı ilə yazırdılar. Çünki bu soyadı türk soyadı idi. 

Bütün bunlara baxmayaraq, Andriyan Nikolayev ömrünün son illərində doğma yerlərə daha çox gedir, orada uzun müddət qalmağa çalışırdı. Ancaq, artıq həmin torpaqlarda onun doğmaları, yaxın qohumları qalmamışdı”. 

2004-cü il iyulun 3-də Andriyan Nikolayev Çuvaşiyada dünyasını dəyişdi. Qızı Yelenanın təkidinə baxmayaraq, Çuvaş xalqı onun cənazəsinin Moskva yaxınlığındakı Ulduz şəhərciyində dəfn edilməsinə imkan vermədilər. Doğma kəndi Şorşeldə dəfn etdilər. Az sonra da qəbri üzərində onun kosmosa uçduğu gəminin formasında movzeley tikdilər. 

Sonluq üçün

“Andriyan Nikolayev ilk uçuşundan sonra kəndlərinə alma ağacı əkmişdi. Sonralar bu alma ağacının ətrafinda gözəl bir park yaratdılar.

Andriyan Nikolayevin ölümündən sonra isə bu parkın içərisində də böyük bir muzey yaratdılar. Bu muzey Andriyan Nikolayev adı daşısa da, ona məxsus əşyalar nümaiş etdirilsə də, buraya gələnlər daha çox Çuvaş xalqının tarixi və mədəniyyəti ilə yaxından tanış ola bilirlər”.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
09:23 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR
18:16 15.04.2024
Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib
18:08 15.04.2024
XİN müavini Elnur Məmmədovun Haaqada Beynəlxalq Ədalət Məhkəməsində çıxışı - TAM VERSİYA/ VİDEO
17:56 15.04.2024
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu
17:56 15.04.2024
Hamısı