Darvinin təkamül nəzəriyyəsini ondan min il əvvəl irəli sürən müsəlman mütəfəkkiri Cahiz

Elm və texnologiya 16:34 06.03.2019

Cahiz bu mövzuda "Heyvan" (Canlı varlıq) adlı səkkiz hissədən ibarət kitabın müəllifidir.

İngilis alim Çarlz Darvinin təkamül nəzəriyyəsi müasir dövrün ən önəmli nəzəriyyələrindən biri sayılır.

Təbii seçib vasitəsilə növlərin tədricən dəyişməsi konsepsiyası canlı varlıq anlayışında bir inqilab oldu.

Darvin 1859-cu ildə nəşr olunan "Növlərin mənşəyi" adlı kitabında təkamül prosesinin müxtəlif mənşəli növlərin yaranmasına səbəb olduğunu izah etdi.

Lakin, görünür Təkamül nəzəriyyəsinin İslam dünyası ilə bağlı daha qədim mənşəyi də vardır.

Təbii seçim

طابع بريد في قطر يحمل صورة الجاحظ

Qətərdə nəşr olunan və üzərində Cahizin şəkli olan bir poçt markası.

Onun əsl adı Əbu Osman Əmr ibn Bəhr əl-Kənani əl-Bəsridir. O canlı varlıqda dəyişilikləri izah edən təkamül nəzəriyyəsini irəli sürməsi ilə də tanınır. Bu nəzəriyyəyə həmçinin  təbii seçim də deyilir.  İraqlı müsəlman filosofun bu nəzəriyyəsini əhatə edən “Heyvan”, yəni “Canlı varlıq“  kitabı  Darvindən təxminən min il əvvəl yazılmışdır. Filosof “Əl-Cahiz” ləqəbi daşımışdır ki, onun mənası “domba göz” deməkdir.

Mütəfəkkir miladi tarixi ilə 776-cı ildə İraqın Bəsrə şəhərində dünyaya gəlmişdir. Bu dövrdə Abbasi xilafəti öz elmi-mədəni inkişafının zirvəsinə çatmışdır. Xüsusilə, qədim Yunan fəlsəfəsi və elminin qiymətli nümunələrinin ərəb dilinə tərcüməsi hərəkatı geniş yayılmışdı. Bəsrə şəhəri elmi və fəlsəfi mövzularda geniş disputların getdiyi bir mərkəz rolunu oynayırdı və İslamda rassional cərəyan sayılan Mötəzillik də məhz burada geniş yayılmışdı. Cahizin dünyagörüşünün formalaşmasına bu fkir cərəyanı böyük təsir göstərmişdir.

Bəsrə şəhəri həm də Çindən gələn ticarət yolu üzərində yerləşmişdi. Xüsusilə, oradan kağız gətirilməsi şəhərdə ən müxtəlif mövzular və məsələlər barədə fikirlərin qələmə alinmasına səbəb oldu. 

Cahizin maraq dairəsinə çox saylı bilik sahələri daxil idi. Bunlardan təbii elmləri, coğrafiyanı, fəlsəfəni, qrammatikanı və ədəbiyyatı göstərmək olar. Güman edilir ki, Cahiz ümumuiyyətlə 200-ə qədər kitab yazmışdır, amma bizə onların 1/3-i qədəri çatmişdir.

تشارلز داروين

Çarlz Darvin

“Heyvan” kitabı

Cahizin “Heyvan” kitabı ensiklopedik bir əsər olub 350 heyvanı əhatə edir. Burada Cahiz Darvinin təkamül barədə nəzəriyyəsuni xatırladan fikirlər irəli sürülür.

Cahiz kitabınd yazır ki, heyvanlar yaşam və onun mənbələri uğrunda bir-birilə mübarizə aparırlar ki, mövcud ola bilsinlər, artsınlar və başqa heyvanlar tərəfindən məhv edilməsinlər. Onun fikrincə, ətraf mühit varlıqların öz mövcudluğunu qorumaq üçün yeni keyfiyyətlər əldə etməsinə  yardım edir. Bununla da onlar yeni növlərə çevirirlər.

Cahiz öz kitabında həm də belə bir fikir irəli sürür ki, öz yeni xüsusiyyətlərini və keyfiyyətlərini nəslinə ötürə bilən varlıqlar yaşamağa qadirdirlər. Kitabdan Cahizin canlı varlıqları və təbiət aləmini yaşam uğrunda fasiləsiz bir mübarizə halında təsəvvür etdiyi, bu halda varlıqların zəif və güclü olması fikrini irəli sürməsi məlum olur. 

غلاف مجلة فرنسية يحمل صورة داروين

Darvinin şəkli Fransız jurnalının üz qabığında

Canlı varlıqlar öz mövcudluğunu təmin etmək üçün onlara qida mənbəyi əldə etməyə, həm başqaları üçün qənimət olmamalarına və həm də çoxalmalarına imkan verən keyfiyyətlərə malik olmalıdırlar. Bu da onların nəsildən-nəsilə dəyişməsinə səbəb olur.

Cahizin fikirləri ondan sonra gələn müsəlman alimlərinin əksəriyyətinə böyük təsir göstərmişdir. Fərabi, Biruni, İbn Xaldun kimi mütəfəkkirlər onun əsərlərini oxumuşlar.

Pakistan mütəfəkkiri, onun “mənəvi atası” sayılan Məhəmməd İqbal 1930-cu ildə Cahizin elmi irsinə, onun məfkurəsinə həsr olunmuş bir sıra mühazirələr oxumuş və demişdir: “ Cahiz canlı varlığın həyatında köçmə və mühitin dəyişməsi nəticəsində baş verən dəyişilikləri aydınlaşdıran şəxsiyyətdir”.

İslam nəzəriyyəsi

XIX əsrdə Avropa elmi fikri İslam dünyasının inkişafdakı roluna bələd idi. Əslində Darvinin müasiri olmuş alim Riçard Dreyber 1878-ci ildə  “ Məhəmmədi inkişaf nəzəriyyəsi” fikri ilə çıxış etmişdir.

Darvinin özünün Cahizin irsinə bələd olması və ərəb dilini bilməsi barədə dəlillər yoxdur. 

رسوم توضيحة لأربع أنواع من طائر الحسون كما رآها داروين

Darvin Qalapaqos adalarına araşdırmalar aparmaq üçün etdiyi məşhur səfəri zamanı kəklik quşunun dimdiyinin formasında fərqləri müşahidə edir. Bu adalarda illərlə elmi araşdırmalarla məşğul olan Çarlz Darvin müasirlərinin təkamül barədə fikirlərində inqilaba səbəb olan bir nətəcələrə gəldi. Lakin BBC radiosunda  “ İslam və elmlər” adlı silsilə verilişlər aparan elmi mövzularla məşğul olan jurnalist Ehsan Məsud deyir ki, inkişaf nəzəriyyəsində əməyi olan başqa mütəfəkkirləri də xatırlamaq vacibdir.

Ərəb dilindən tərcümə edən Fəlsəfə doktoru Zakir Qasımov                               

http://ednews.net/ar/news/culture/357204- ərəb dilində 

  

 
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
Hamısı