Kosmosda kosmonavtlar necə yatırlar ? | Eurasia Diary - ednews.net

20 May, Bazar ertəsi


Kosmosda kosmonavtlar necə yatırlar ?

Elm və texnologiya A- A A+

“Yer adamlarını” həmişə kosmonavtların orbital stansiyalarda həyatı çox maraqlandırmışdır. Kosmonavtların kosmosda, havasızlıq şəraitində gigiyenaya necə riayət etmələri, nə yedikləri, necə yatmaları insanların bir çoxlarının daim maraq dairəsində olub. Bunların arasında daha çox maraq kəsb edəni kosmonavtların havasızlıq şəraitində necə və hansı vəziyyətdə yatmalarıdır. Bu haqda bəzi faktları oxucularımızın nəzərinə çatdırmaq istəyirik.

Kosmosda gündəlik rejimin çətinliyi

Kosmosda gecə və gündüz cədvəli çox mürəkkədir. Belə ki, kosmosda Günəşin çıxması hər saat yarımdan (1,5 saat) bir baş verir və bu da ilk günlər , kosmonavtlarda bioritmin pozulmasına, əhvallarının pozulmasına səbəb olur. Belə hallar baş verməsin deyə kosmosda Yerin saat rejimindən istifadə olunur ki, kosmonavtların normal yuxusu təmin olunsun.

Kosmik tibb çantalarında yuxugətirən və sakitləşdirici preparatlar həmişə olmalıdır. Amma kosmosda olarkən kosmonavtlar kosmik rejimə tez bir zamanda uyğunlaşırlar və bu rejimə öyrəşirlər.

Kosmosda dərin yuxunun müddəti ən çoxu 4–5 saat olur. Çünki bədən əzələləri çox az yorulduğundan, bədən qısa bir müddətə öz gücünü bərpa edə bilir.

Kosmonavtların yataq yerləri

Kosmik stansiyada yatmaq və ya dincəlmək üçün bir rahat bucaq tapmaq elə də asan iş deyil. Çünki kayutanın hər tərəfi kəmərlərlə bağlanmış avadanlıq və alətlərlə dolu olur. Kosmonavtlar kayutanın içərisində harda gəldi gecələyirlər, bəzən divarın boş olan yerində, bəzən döşəmədə, bəzən isə tavanda gecələyirlər. Amma kosmonavlar ən çox kayutanın tavanında gecələyirlər. Tavan kosmonavtlar üçün ən rahat yer hesab olunur.

Bir çox kosmik gəmilər tam bir yataq modulu ilə təhciz olunur. Bu cür yataq modulu üfiqi kabinadan ibarət olur. Bəzi kayutalarda isə yataqlar arxa divarlara bağlanmış, xüsusi bağlanclarla bağlanan kisələrdən ibarət olur və kosmonavtlar əlavə kəmərlərlə özlərini yataqlara bağlayırlar. Yatarkən başlarını sərin hava axınından qorumaq üçün kosmonavtlar başlarına xüsusi toxuma papaq taxırlar.

Kosmik gəmilərın kabinalarında havalandırma sistemi vardır ki, bu da kabinaları oksigenlə təmin edir. Bir az səsli olmasına baxmayaraq, bu cür havalandırma sistemi olmazsa, kabinalarda kosmonavtların nəfəs alması çətinləşər.

Kosmik stansiyaların kayutasında orientasiyanı müəyyən etmək üçün, yəni – üfiqi və horizontal vəziyyəti müəyyənləşdirmək üçün rənglərdən istifadə olunur.

Yatarkən kosmonavtların bədən vəziyyəti

Yatarkən kosmonavtların özlərini kəmərlərlə bağlaması kosmosda qravitasiyanın olmamasından irəli gəlir. Ayaqüstə yatmaq sözsüz ki, xoş hal deyil, amma heç yatmamaq bədən üçün daha pis haldır, bu səbəbdən də, bədənin dincəlməsi üçün ayaqüstə olsa da yatmaq lazım gəlir. Kosmosda kosmonavt ana bətnində olan uşaq formasında yatır. Onların dediklərinə görə, bu vəziyyətdə yatmaq onlar üçün daha rahatdır. Kosmosda kosmonavtlara qarnıüstə yatmaq heç məsləhət görülmür. Üzü arxa divara tərəf yatmaq isə səhərlər kosmonavtlarda baş ağrıları yaradır. Bütün bu səbəblər görə kosmonavtlara ayaqüstə və ana bətnində olan uşaq formasında yatmaq daha rahat gəlir.

AzEdu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...