Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Qadınların tarixi “kosmik gəzinti”si təxirə salındı - Skafandra görə

Elm və texnologiya A- A A+

NASA iki qadın astronavt – Enn Makkleyn və Kristina Koxun eyni vaxtda açıq kosmosa planlaşdırılan çıxışının təxirə salındığını elan edib. Buna səbəb “kosmik gəzinti” üçün lazımi skafandrın olmamasıdır.

NASA saytının yazdığına  görə, Enn Makkleyn kosmosa ilk çıxışından sonra ona orta ölçülü skafandrın uyğun gəldiyini bildirib. NASA isə martın 29-na kimi həmin ölçüdə yalnız bir skafandr hazır edə biləcək. Həmin skafandrı isə Kristina Kox geyinəcək.

Xatırladaq ki, martın 29-da tarixdə ilk dəfə olaraq açıq kosmosa eyni anda iki qadının kosmonavtın çıxışı planlaşdırılırdı. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...