Eurasia Diary xarici mediaya istinadən xəbər verir ki, açıqlamaya əsasən, Qırmızı planetdə Yerdəkindən daha böyük çayların olduğuna dair sübutlar əldə edilib. ABŞ-ın Çikaqo universitetinin alimləri “Science Advances” jurnalında elmi tədqiqatın nəticələrini dərc ediblər. Tədqiqata əsasən, Marsdakı iqlim şərtlərinə dair mövcud məlumatların əksinə Qırmızı planetdə milyonlarla il əvvəl suyun gecə və gündüz maye halda qalmasını təmin edən isti iqlim olduğuna dair faktlar tapılıb.
Məlum olub ki, Marsdakı dərin vadilər suyun aşınması nəticəsində meydana gəlib. Yataqların genişliyi və dibindəki bəzi daşların buradan axan çayların dünyadakılara nisbətən daha çox böyük və güclü axıntıya sahib olduğunu təsdiq edir.
Alimlər qeyd edirlər ki, sözügedən iqlim şəraiti uzun zaman içində yox, anidən dəyişib. Şiddətli soyuqlar və quraqlıq Marsa hakim olub.