“Ərəb ədəbiyyatı. V-XIII əsrlər” dərsliyi çapdan çıxıb | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


“Ərəb ədəbiyyatı. V-XIII əsrlər” dərsliyi çapdan çıxıb

Elm və texnologiya A- A A+
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru, professor Aida Qasımovanın “Ərəb ədəbiyyatı. V-XIII əsrlər” dərsliyi çapdan çıxıb.
 
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda ərəb ədəbiyyatının son antik (cahiliyyət), ilkin İslam, Əməvilər və Abbasilər dövrləri tam əhatə olunub. Hər bir dövrün ədəbiyyatından bəhs etməzdən əvvəl tarixi şəraitə nəzər salınıb, ədəbi proseslərə təsir etmiş ictimai-siyasi və ümumi mədəni durum öyrənilib. Səkkiz əsrlik bir dövrün ümumi mədəni və mənəvi mənzərəsini tam əks etdirmək üçün ədəbiyyatda dərin iz buraxmış dini-fəlsəfi cərəyanlara da xüsusi diqqət yetirilib.
 
Kitabda, həmçinin tədqiqata az cəlb olunan Məmluk ədəbiyyatı və Siciliyada ərəb ədəbiyyatı barədə oçerklər verilib. Ədəbiyyat tarixi ilə yanaşı, ədəbi tənqid və poetika məsələlərinə, o cümlədən ərəb kalliqrafiyasına bölmələr həsr olunub.
 
“Elm” nəşriyyatında çapdan çıxmış kitabın elmi redaktorları - filologiya üzrə elmlər doktoru, professor Nəsrulla Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərmin Sultanlı, filologiya üzrə fəlsəfə doktoru Kamil Şərifov, rəyçiləri isə akademik Rafael Hüseynov, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova və filologiya üzrə fəlsəfə doktoru Heybət Heybətovdur. Vəsait Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin elmi şurasının qərarı və BDU rektorunun əmri ilə magistratura pilləsi üçün ərəb ədəbiyyatı fənni üzrə dərslik kimi təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...