İnternet xidmətinə görə ödənişlərin vaxt məhdudiyyətində DƏYİŞİKLİK edildi | Eurasia Diary - ednews.net

23 İyul, Çərşənbə axşamı


İnternet xidmətinə görə ödənişlərin vaxt məhdudiyyətində DƏYİŞİKLİK edildi

Elm və texnologiya A- A A+
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.
 
Nazirlikdən verilən məlumata görə, bu aydan şirkətin göstərdiyi internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.
 
Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...