"ABŞ-ın qadağaları bizi qorxutmur" - “Huawei”in yaradıcısı | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


"ABŞ-ın qadağaları bizi qorxutmur" - “Huawei”in yaradıcısı

Elm və texnologiya A- A A+
ABŞ Ticarət Nazirliyinin Çinin “Huawei” telekommunikasiya şirkətinə verdiyi 90 günlük lisenziya şirkət üçün böyük əhəmiyyət kəsb etmir.
 
Bunu “Huawei”in qurucusu Jen Çjenfey deyib.
 
Onun sözlərinə görə, Çin istehsalçısı Birləşmiş Ştatların tətbiq etdiyi qadağalarla mübarizə aparmağa hazırdır.
 
“Şirkət çip istehsalını Amerika istehsalçıları qədər yaxşı bacarır. Ancaq bu o demək deyil ki, “Huawei” ABŞ-dan çip almayacaq. Şirkət Amerika istehsalı olan çiplərin istifadəsini istisna etmir. Biz dünyadan təcrid oluna bilmərik”, – Çjenfey belə deyib.
 
Qeyd edək ki, şirkətin adı ABŞ tərəfindən qara siyahıya salındıqdan sonra “Google” şirkəti “Huawei”in istehsal etdiyi mobil qurğularda “Android” əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Bunun cavabında isə Çin tərəfi özünün “Hongmeng” əməliyyat sistemini yaradacağını açıqlayıb. /Lent.az

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...