Jurnalistləri süni intellekt əvəz edib | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Jurnalistləri süni intellekt əvəz edib

Elm və texnologiya A- A A+

Sinqapur redaksiyası “Esquire” jurnalının süni intellektin köməyi ilə hazırlanan nömrəsini dərc edib. Alqoritmlər redaktor yazısı və beş jurnalist mətnini hazırlayıblar.

“AI Squire” təxəllüsünü alan “müəllif” hər mətni hazırlamaq üçün bir neçə dəqiqə sərf edib.

 www.ferra.ru saytının məlumatına əsasən, “Esquire” üçün botu “AI QLX” şirkəti hazırlayıb. Süni intellekt informasiyanı yazmaqdan əlavə, jurnalist mətnləri üçün mövzuları fikirləşmək imkanına da malikdir.

Onu da qeyd edək ki, alqoritm süni intellekt, dəb və texnologiyaların tarixinə həsr edilən mövzular barədə materiallar yazıb. ("Azərbaycan müəllimi")

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...