Bu insanlar palçığı sənətə çevirir şifrələr tanrısı, müharibənin insan üzü - FOTOLAR

Elm və texnologiya 21:14 28.05.2019

Tarix boyu keramika insan məişəti ilə bağlı olub, onun estetik zövqü və dünyagörüşünü ifadə edir. Keramika – yüksək temperaturda yandırılaraq gildən hazırlanmış məmulatdır. Öz təyinatına görə tikinti keramikası, texniki və bədii keramika (heykəllər, qab-qacaq, dekorativ güldan və boşqab, bəzək əşyaları və kiçik plastika), məişət və təsərrüfat keramikasına bölünür.

Dekorativ-tətbiqi sənət nümunələrindən biri olan keramika sənəti bütün insanlıq üçün ən qiymətli mədəni irslərdən biri hesab olunur. Qədim köklərə malik xalqların böyük tarixinin sübutu onun keramikası ilə müəyyən edilir. 

 

Zəngin Azərbaycan təbiəti tarixən burada keramika sənətinin təşəkkülünə də imkan verib. Çoxsaylı məişət tələbatları və ölkənin müxtəlif guşələrində gilin bolluğu dulusçuluq sənətinin geniş inkişafına səbəb olub.

Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları aşkar olunub.

Mayın 20-dən Şəki rayonunda “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi”ndə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçirilir. İyunun 2-nə kimi davam edəcək simpozium ölkəmizdə keramika sahəsi üzrə ilk beynəlxalq və irimiqyaslı tədbirdir.

Simpoziuma Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Braziliya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan və Monqolustandan olan iştirakçılar qatılıb. 

Beynəlxalq simpoziumun kuratoru, keramika sənətini ölkəmizdə yaşadan rəssam Mir Teymur Məmmədovun sözlərinə görə, bu, Azərbaycan üçün bir qələbədir:

“SSRİ vaxtında çalışmışam ki, belə sipmozium olsun, amma alınmayıb. Ölkələrin iştirakına görə də bu simpozium seçilir. Dünyanın o başından gəlib qatılanlar var. Bu da simpoziumun nüfuzundan xəbər verir. Burada iştirak edən rəssamlar dünyaca tanınmış, ömrünü sənətə verən, ölkələrində kifayət qədər tanınan şəxslərdir.

Ölkənin turizm baxımından tanıdılması baxımından ən zəngin piar belə simpoziumlardır”.

ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova isə bildirib ki, tədbirin məqsədi xarici sənətkarlarla yerli sənətkarları tanış etmək, təcrübə mübadiləsi aparmaq və keramika sahəsində ənənələrin yaradılmasıdır. 

“Tədbirin sonunda isə onlar iki həftə ərzində yaratdığı keramika əsərlərini nümayiş etdirəcəklər. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ABAD-ın keramika sahəsində olan ilk pilot layihəsidir.

Gələcəkdə də bu sahədə beynəlxalq sipmoziumları davam etdirməyi planlaşdırırıq. Yaxın müddət ərzində Şəki keramika mərkəzinin davamı olaraq Nardaran keramika mərkəzi də yaradılacaq”, - o əlavə edib.

Simpoziuma Bakıdan qatılan Sevinc Yaftumova deyir ki, bu sənətlə dörd ildir məşğuldur:

“Bu sənətə çoxdan maraq göstərirəm. Təsadüfən Mir Teymur müəllimin evində işləri ilə tanış olmağa getmişdik. O zaman keramika ilə məşğul olmaq istədiyimi bildirdim. O dedi ki, əgər bacarırsansa, gələ bilərsən. Keramika ilə məşğul olmaq üçün əvvəlcə istək lazımdır. İstək olmasa, hansısa əsəri yaratmaq olmaz”.

Son yaratdığı sənət əsərini bizə təqdim edən S.Yaftumovanın sözlərinə görə, burada o, şifrələr allahını təsvir edib.

“Bunu mən üç gündür hazırlayıram. Əsərdə kitablardan, mistik filmlərdən götürülən şirfələr əks olunub. Hər şifrənin öz mənası var. Əsərlər ölçülərinə görə fərqləndiyi kimi onların yaradılma vaxtı da fərqlidir. Gilin növü də bu məsələdə çox böyük əhəmiyyət daşıyır.

Gilin dilini bilmək vacibdir. Ümumiyyətlə, gillə işləmək psixoloji cəhətdən insanı rahatlaşdırır. Elə vaxt olur ki, musiqini qoşaraq, səhər 04:00-a kimi əsərimi hazırlayıram. Əsərlərin qiymətlərinə gəlincə, 15 manatdan 5-6 min manata qədər olur”, - xanım keramika ustası əlavə edib. 

Banqladeşli iştirakçı Muhammed Ali Sulhaq bildirib ki, əsərlərində müharibədən əziyyət çəkən qadın və uşaqların simalarını əks etdirməyə çalışır: 

“Məqsədim bu əsərlərlə müharibələrin, münaqişələrin pisliyini insanların diqqətinə çatdırmaqdır. Mədəniyyət vasitəsilə ölkələri, insanları bölmürəm. Hər bir əsərimdə bütün müharibədən əziyyət çəkən insanları düşünüb, onların çəkdiklərini əks etdirirəm.

Azərbaycan haqqında ilk dəfə ötən il Çində keçirilən simpozimda məlumat almışam. Orada iştirak edən azərbaycanlı sənətkarla tanış olmuşdum. Ölkənizə gələndə təşkilatçılarla birgə Şəhidlər Xiyabanında olduq. Sizin də çox qəhrəmanınızın olduğunu, müharibədən əziyyət çəkən xalq olduğunuzu gördüm. Hazırda yaratdığım əsər də elə həm sizin, həm də öz ölkəmin müharibədən əziyyət çəkənlərini özündə əks etdirir”.

Simpoziumun ən gənc iştirakçısı olan Abdullayeva Humayın 22 yaşı var. O, beş ilə yaxındır bu işlə məşğuldur. Deyir ki, Azərbaycan Rəssamlıq Akademiyasına daxil olduqdan sonra keramika sənəti ilə məşğul olmağa başlayıb. Gəncin sözlərinə görə, hər zaman rəssamlıqla məşğul olmaq istəyib və gillə tanış olandan sonra bu sənətə marağı daha da artıb. 

H.Abdullayeva əsərlərin tam hazır vəziyyətə gəlməsi üçün dörd mərhələdən keçdiyini deyib:

“Əvvəlcə gil vasitəsilə əsər hazırlanır, onu xüsusi sobalara qoyurlar. Daha sonra sobadan çıxarılır, rənglənir və yenidən sobaya qaytarılır. 20 saat sonra əsər tam hazır olur”.

Gənc iştirakçı Rusiya və Almaniyada keçirilən simpoziumlarda da iştirak etdiyini bildirib. 

O, gillə yalın əllə məşğul olduğunu və əllərinin korlanmaması üçün kremlərdən istifadə etdiyini əlavə edib. 

Simpoziumun digər gənc iştirakçısı Arifə Nəcəvəliyeva da bu sənətlə Azərbaycan Rəssamlıq Akademiyasında tanış olub. Onun sözlərinə görə, bu sənətlə beş ildir məşğuldur: 

“Uşaqlıqdan bu sənəti sevsəm də, akademiyaya daxil olana kimi belə bir sənətin Azərbaycanda olmasından xəbərsiz idim. İkinci kursda oxuduğum zaman bu ixtisasla tanış oldum. Mən, adətən, yaratdığım əsərlərə sonradan anlam yükləyirəm. Yəni hər şey təsadüfən və şüuraltı alınır.

Keramika sənətini ona görə seçdim ki, burada bir çox sənət növlərini birləşdirmək mümkündür. Keramika həm heykəltəraşlığın, həm qrafikanın, həm də rəssamlığın cəmləşməsidir. Məncə, bu sənətdə yaş önəmli deyil. Hər kəs bir-birindən nəsə öyrənə bilər”.

Türkiyədən simpoziuma qatılan Serap Ünalın sözlərinə görə, sənət əsərlərinə yerli sakinlərlə yanaşı, turistlərin də marağı böyükdür:

“Simpozumdan dəvət aldım və heç düşünmədən bu dəvəti qəbul etdim. Bütün ABAD ailəsi bizim buradakı işimiz üçün hər şəraiti yaradıb. Bütün iştirakçılar da burada rahat şəraitdə çalışır. Axşam hər iştirakçı öz ölkəsi haqqında məlumat verir. Bu imkanı yaratdığı üçün Azərbaycana təşəkkür edirik”.

Samir İsayev
Video: Billurə Mikayıllı

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Hamısı