Bu gün BAMF-də "Bakı-Tbilisi-Ərzurum Boru Xətti layihəsinin əhəmiyyəti" mövzusunda elmi seminar keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Bu gün BAMF-də "Bakı-Tbilisi-Ərzurum Boru Xətti layihəsinin əhəmiyyəti" mövzusunda elmi seminar keçirilib - FOTOLAR

Elm və texnologiya A- A A+

Bu gün "Azərbaycan Gənclik Platforması” və “Elmi Araşdırmalar İctimai Birliyi” tərəfindən Beynəlxalq Avrasiya Mətbuat Fondunda Bakı-Tbilisi-Ərzurum Boru Xətti layihəsinin əhəmiyyətini, iqtisadi zəzurətlərini və əməkdaşlıq potensialının inkişafını gənc nəsilə aşılamaq məqsədi ilə elmi seminar təşkil olunub. Keçirilən tədbirdə Türkiyə səfirliyinin nümayəndəsi Cengiz Güneş, Suraxanı Gənclər Evi, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universitetinin tələbələri və QHT nümayəndələri iştirak edib.

Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımov Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinin Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirin təşkilatçılarından biri, Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev bildirib ki, qarşımızda duran əsas məqsəd Bakı-Tbilisi-Ərzurum Boru Xətti layihəsinin əhəmiyyətini, iqtisadi zəzurətlərini və əməkdaşlıq potensialının inkişafını gənc nəsilə aşılamaqdır. 

Bakı-Tbilisi-Ərzurum Boru Xətti Xəzər dənizinin Azərbaycan ərazisində yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 

Tədbirin sonunda məruzəçilərə və tələbələrə sertifikatlar təqdim olunub.

 

Təbriz Abbasov

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...