Aİİ rektoru Ceyhun Məmmədov: “Öz sahəsinin peşəkarı olmaq, yüksək dil biliklərinə, nitq qabiliyyətinə yiyələnmək vacibdir.”

Elm və texnologiya 14:59 04.07.2019
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri İsmayıllı rayonuna olub.
 
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. M.Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə İsmayıllı rayonunda yaradılan şəraitdən,  sürətli inkişafdan, təhsilə göstərilən qayğıdan, İsmayıllı ziyalılarına, ailmlərinə, elm adamlarına verilən qiymətdən bəhs edib. Qeyd edib ki, şagirdlərin vətənpərvərlik, Azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlər əsasında inkişafına daha ciddi yanaşılmalı, təlim və tərbiyənin uğurları bir-birini tamamlamalıdır. 
 
Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə təhsil islahatlarının aparılması, təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsi və Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu sahəyə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır.
 
Aİİ rektoru abituriyentlərə sevdikləri ixtisası seçməyi tövsiyə edərək bildirib ki, öz sahəsinin peşəkarı olmaq, yüksək dil biliklərinə, nitq qabiliyyətinə yiyələnmək vacibdir. 
Ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, məqsəd və hədəfləri haqqında bəhs edən Aİİ rektoru İnstituta qəbulun tam ödənişsiz əsaslarla aparıldığını nəzərə çatdırıb. Vurğulayıb ki, bu, ilahiyyatçı olmaq istəyən, lakin təhsil haqqını ödəyə bilməyən abituriyentlər üçün böyük bir şansdır. Əsas məqsədlərimizdən biri mövhumat və xurafatdan uzaq, yüksək dini və dünyəvi biliklərə malik mütəxəssislərin yetişdirilməsidir.
 
Aİİ-nin ərəb dili müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov qeyd edib ki, İlahiyyat İnstitutunun təsis edilməsi ölkəmizin dini və ictimai həyatı üçün mühüm hadisədir və Azərbaycan Dövlətinin dinə, milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyətin göstəricisidir. 
E.Məmmədov bildirib ki, ali təhsil müəssisəsində həm dini, həm də dünyəvi elmləri bilən, müxtəlif dillərə yiyələnən ziyalı ilahiyyatçı kadrlar və din xadimləri hazırlanır. Belə kadrların hazırlanması dinin insanlara doğru şəkildə çatdırılması, həmçinin din sahəsindəki təhlükəli tendensiyaların qarşısının alınması baxımından vacibdir. Azərbaycan İlahiyyat İnstitutu qeyd olunan parametrlərə uyğun gələn kadrların hazırlanması üçün lazımi potensiala malikdir.
 
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini nəzərə çatdırıb. 
Sonda tədbir iştirakçılarına Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş olunub.
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı