Şok çağırış - "Dərhal Feysbuku silin" | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Şok çağırış - "Dərhal Feysbuku silin"

Elm və texnologiya A- A A+

Əpl (Apple) şirkətinin qurucularından sayılan Stiv Vozniyak bütün dünyadakı Feysbuk istifadəçilərinə sosial şəbəkədəki hesablarını silmələri ilə bağlı çağırış edib.

Eurasia Diary xəbər verir ki, Vozniyak Feysbukda müşahidə olunan gizlilik probleminin əslində bilinəndən daha böyük olduğunu vurğulayıb.

Onun sözlərinə görə, istifadəçilər belə bir təhlükəsizlik riskini gözə almamalıdır.

“Hazırda telefonumun dinlənmədiyini kim deyə bilər ki? İstifadəçilər şəxsi həyatlarını qorumaq üçün Feysbuk hesablarını silməlidir”, - Vozniyak bildirib (axar.az).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...