Çinin “Huawei” korporasiyası ABŞ bölməsinin əməkdaşlarının kütləvi ixtisarına başlayıb.
Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, ixtisarlar “Futurewei Technologies”in Vaşinqton, Kaliforniya və Texas ştatlarındakı əməkdaşlarına şamil ediləcək.
“The Wall Street Journal” nəşri yüzlərlə insanın işdən çıxarılacağını yazır.
Xatırladaq ki, mayın 17-də “Huawei” milli təhlükəsizliklə əlaqədar ABŞ-da “qara siyahı”ya salınıb.
Osakada keçirilən G20 sammitindən sonra şirkətə qarşı sanksiyaların tədricən aradan qaldırılması məsələsi gündəmə gəlib.