Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir

Elm və texnologiya 20:05 26.07.2019
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.
 
“Yay məktəbi”nin növbəti günü tələbələr Birinci Çələbi Sultan Mehmet və Əmir Sultan türbələrini, həmçinin “Panorama 1326 Bursa” Fatih Muzeyini ziyarət ediblər.
 
Birinci Çələbi Sultan Mehmet Türbəsini ziyarət zamanı tələbələrə tikili haqqında ətraflı məlumat verilib.  Türbə İldırım Bəyazidin oğlu Sultan Mehmet Çələbi tərəfindən 1421-ci ildə inşa etdirilib. Bursanın rəmzi  kimi qəbul olunan türbədə I Mehmet Çələbi, oğulları Şahzadə Mustafa, Mahmut və Yusif, qızları Səlcuq xatun, Sitti xatun və Ayşə xatunun məzarları yerləşir. Tikiliyə,  eyni zamanda,  “Yaşıl türbə” də deyilir.
 
XV əsrə aid Əmir Sultan Türbəsini ziyarət zamanı qeyd olunub ki, sözügedən məkan Türkiyədə tanınmış dini ibadət ocaqlarından biridir. Burada dəfn olunmuş Əmir həzrətləri üç Osmanlı sultanı zamanında yaşayıb və sufilikdə vəlilik rütbəsinə yüksəlib.
 
 Aİİ tələbələri “Panorama 1326 Bursa” Fatih Muzeyinə də ekskursiya ediblər. Burada Osmanlı dövrünə aid eksponatlarla tanışlıq gənclərdə xüsusi maraq yaradıb. Məlumat verilib ki, dünyanın ən böyük panoramalı  muzeyi olan “Panorama 1326 Bursa” fəth gününü 360 dərəcə dairəvi döngədə təsvir edir. 
Muzeyin rəsmi açılışı 15 fevral 2019-cu il tarixdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunub.
 
Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsi tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. 
 
“Yay məktəbi” davam edəcəyi günlərdə tələbələrə Ərəb dili, İngilis dili, Quran, Təfsir, Siyər, Hədis, Fiqh, Pedaqogika, bundan əlavə, Türk dili və Ədəbiyyat fənlərinin keçirilməsi nəzərdə tutulub.  Eyni zamanda, tələbələr üçün müxtəlif iş adamlarının, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfransların təşkili planlaşdırılıb.
Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri, İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır. 
 

 

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Hamısı