Xor görülən “Şah İsmayıl ordeni”ndən oğurlanan “Tomris” filminə: tariximiz, cəmiyyətimiz və münasibətimiz

Elm və texnologiya 12:44 05.08.2019

 

Bu yaxınlarda fraqmentləri yayımlanan Akan Satayevin rejissorluğu ilə çəkilmiş, ssenaristi tarixçi Timur Jaksılıkov olan “Tomris” filminin tarixi təhriflər əsasında çəkilməsi təəssüf doğurucu haldır. Bu hadisədə tək sevinəcəyim hal Tomrisin bir Türk qızı olaraq təqdim olunmasıdır. İlk baxışdan Azərbaycan tarixinin daha bir oğurlanmış parçası əsasında çəkilən “Tomris” filmi ilə “Şah İsmayıl ordeni” arasında heç bir məntiqi əlaqənin mövcudluğu görsənmir. Lakin istər tarixi olsun, istərsə də siyasi, müəyyən bir proses, digər birinin baş verməsində birbaşa olmasa da dolayı yolla rol oynadığı gerçəyini də göz ardı etmək olmaz. Bir hadisə baş veribsə, bu, indi yaranmağa başlamış bir proses deyil və bunun daxili və xarici olmaqla bir çox tarixi, siyası, ictimai səbəbləri mövcuddur. İlk öncə onu vurğulamağı vacib hesab edirik ki, bu məqalənin yazılmasında əsas məqsədimiz hansısa sosial şəbəkə statusuna cavab vermək deyil. Çünki, professional tarixçilikdə o halda hər hansı bir reaksiya verilir və opponent fikir söylənilir ki, o ciddi, ilkin qaynaqlar əsasında hazırlananaraq, müqayisəli təhlil üsulundan istifadə olunmuş və yeniliklərlə zəngin bir fikir olsun. Hazırda tariximiz üçün daha əhəmiyyətli hesab etdiyimiz bir sıra məsələlər mövcuddur ki, əsas diqqət ona yönəldilməlidir. Bunlardan da biri Azərbaycan tarixinin təhrif olunması və ya oğurlanmasıdır. Bunun bir çox səbəbləri mövcuddur.

Cəmiyyətimizdəki fikirlər və tarixçiliyə qeyri-ciddi yanaşma

İstər dövlət məmuru olsun, istər adicə bir fəhlə, hər kəs bu cəmiyyətin üzvüdür və onların istənilən mövzuda müvafiq sərbəst fikri mövcuddur. Söylənilən hər bir fikrə hörmətlə yanaşmaq lazımdır, o fikir yanlış olsa belə. Bir fikir həqiqəti əks etdirən fikirlərlə bir dəfə tərs mütənasib ola bilər. Hətta bu iki dəfə də təkrarlana bilər. Lakin, bu hal daimi davam edirsə və həqiqətlə tərs mütənasibdirsə, demək ki, bu ya hansısa bir qüvvələrin propaqandasıdır, ya da qeyri-peşəkarlıqdır. İstərdik ki, niyə xor görülən “Şah İsmayıl ordeni” fonunda Şah İsmayıl, şiəlik və Qızılbaşlıq məsələlərinə bir azca toxunaq.

“Tomris” filmi ilə nə əlaqəsi deyə soruşmaq zərurəti hiss etdinizsə, onu vurğulayım ki, bəzi insanlar cəmiyyətdə fikir formalaşdırmaqda qismən təsiredici olur - onlar qeyri-peşəkar olsalar da. Çünki, cəmiyyətdə tarixi hadisələr və proseslər yanlış təfəkkür edilərsə, gələcəkdə tariximizin ayrılmaz hissəsi olan Tomris və Massaget tarixi kimi oğurlanacaqdır. Yəni ki, sabah Şah İsmayıl və Qızılbaşlığın mərkəzinin Orta Asiya olduğunu göstərən daha bir bədii filmin istehsalı bizi təəccübləndirməyəcək. “Yeməyənin malını yeyərlər” – demiş atalarımız, insan biganəliyinin göstərmək üçün. İndi qızılbaşlığı pisləyən tarixdən uzaq insanların mövcud olması kimi, Sovetlər Birliyi zamanında da kommunizm ideologiyasının dəyirmanına su tökən, massagetlərin və iskitlərin fars mənşəli olması fikrini dəstəkləyən insanlar var idi və zənnimizcə bu daim var olacaq kiminsə dəyirmanına su tökmək və kiminsə yolunun daşını təmizləmək kimi. Bu qrupa daxili proseslərə biganə qalaraq onları görməzdən gələn, təsirində olduğu ölkələrin gündəmi ilə yaşayanlar və onu azərbaycanlılara təbliğ edənlər də daxildir.

Azərbaycan tarixçiliyinin iki əsas problemi var: 1. Birinin digərinin fikrini əsaslı və ya əsassız qəbul etməməsi və nəticədə vahid fikrin formalaşmaması; 2. Əksər hallarda tarixçilərin susması və tarixlə əlaqəsi olmayanların tarixdən "professionalmış" kimi danışması.

Məqaləmizdə ana xəttimiz tarix olduğu üçün bir neçə kəlmə də tarixçilik haqqında deməyi zəruri hesab edirik. Tarix fakültəsi birinci kursda “Mənbəşünaslıq” və “Tarixşünaslıq” fənləri tədris olunur ki, burda da əlimizdə mövcud olan xam materialla necə davranmalı olmağımızı öyrənirik. Qısaca izah edərsək, aşağıdakı məsələlər tarixçi üçün vacibdir: mənbə nə zaman və hansı şəraitdə yaranıb, ilkin avtoqraf nüsxədirmi, necə təshih versiyası var, onlardan hansı naqis ola bilər, tərcümələrin transfoneliterasiyalardan fərqi nədir və bu yaradacağımız fikrə necə təsir edir. Adicə istinadın verilməsinin belə müxtəlif qaydaları vardır. Göründüyü ki, tarix hər hansı bir məlumatın eşidilməsi və ya hansısa bir monoqrafiyadan oxunması və anında cəmiyyətə çatdırılması qədər bəsit bir elm sahəsi deyil. Əgər siz birinci kurs tarix fakültəsində az öncə bəhs olunan kursları keçməmisinizsə, demək ki, sizin tarixi hadisələr və şəxsiyyətlər haqqında söylədiyiniz fikrinizin də heç bir əsası yoxdur və fikriniz də qeyri – peşəkar söz yığınından ibarət bir mətndir. Çox təəssüflər olsun ki, indi hər kəs Azərbaycan tarixindən danışır, aidiyyəti olan da, olmayan da. Və yazıqlar olsun ki, çoxları da onların fikirlərini Quran ayəsiymiş kimi qəbul edir, inanırlar. Təsəvvür yaransın deyə bir misal çəkmə ehtiyacı duyduq. Mühəndis düşünün, ürək qan-damar xəstəliklərinin patoloji anatomiyasından danışır. Bu cəmiyyətimiz üçün nə qədər zərərli ola bilirsə, tarixə aidiyyəti olmayanların tarixdən danışması da bir o qədər zərərli, qeyri-peşəkar və lüzumsuzdur.

 Xor görülən Şah İsmayıla əsl tarixçi baxışı

Şah İsmayil və Qızılbaş ideologiyasına gəlincə ilkin qaynaqlardan heç bir sitat gətirmə ehtiyacı duymuruq çünki, bu haqda üç mötəbər fikir söylənilib. Bu fikirlərə keçməmişdən öncə sadəcə bir necə məsələ haqqında düşünmənin vacib olduğu qənaətindəyik. Sufizm, hürufizm və əxilik arasında nə qədər oxşarlıq və fərqlilik vardı? İslamın təməl məzhəblərindən biri olan Şiəliyin hansı qolu bu saydığımız islami cərəyanlarla qarışdı. Sufi-Dərviş cəmiyyətinin Qızılbaşlıq elementləri müxtəlif dövrlərdə nə qədər üstünlük təşkil etdi və niyə? Sufi – Dərviş cəmiyyətində siyasiləşmə başladı və niyə? Niyə Sufi-Dərviş cəmiyyətində sünnilik deyil Şiəlik meylləri oldu və bu təsir nə qədər oldu? İslam fiqhində bu məsələlər hansı vəziyyətdədir? Bəli. Bu suallara cavab vermədən Şah İsmayıla hansı haqla münasibət bildirilir, anlam verməkdə çətinlik çəkdiyimizi etiraf etməyə məcburuq. Bu suallara cavab vermək ən azı 10 illik tədqiqat, ərəb və fars dillərini bilərək həmin dilli ədəbiyyatlardan istifadə, Quranı bilməklə bir necə cildlik kitab yazmaqdır. Şah I İsmayıl haqqında ən dəyərli fikirlər Nyu-York Elmlər Akademiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  və baza təhsili tarix olan Akademik Ramiz Mehdiyevə məxsusdur. Müəllif “Tarixi idrakın elmiliyi problemlərinə dair” adlı araşdırmasında yazır: “Bəli, Şah İsmayıl Azərbaycan türklərinin dövlətini yaratmışdır. Mənim fikrimcə, bu, onun tarixi fəaliyyətinin zirvəsidir. Şah İsmayılın siyasi bioqrafiyasının bu cəhəti tarixi baxımdan bizim üçün daha mühüm, daha əhəmiyyətlidir, çünki Azərbaycan türklərinin müstəqil etnik element kimi ümumi oğuz massivindən ayrılması həmin dövrdən başlanır.” (1, s. 11). Azərbaycan Səfəvi dövlətinin etnik mənşəyi, Sufi-Dərviş cəmiyyəti, xəlifətül-xüləfa institutu haqqında müasir Azərbaycan tarixçiliyinin yeganə səfəvişünas alımı olan Prof Dr. Zabil Bayramlının (bir çoxlarından fərqli olaraq o hərşeyşünaslıqla deyil, sadəcə Səfəvi tarixinin tədqiqi ilə məşğuldur)  tədqiqatlarını xüsusi vurğulamaq lazımdır (2; 3). Müəllif “Azərbaycan  Səfəvi  dövlətinin  quruluşu və idarə olunmasında  türk qızılbaş əyanlarının rolu” adlı əsərində Məhəmməd Yusif Qəzviniyə istinadən yazır: “Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi”  Əlavə şərhə ehtiyac olmayan bu parçadan aydın olur ki, Səfəvilər hansı coğrafi ərazidə yaranmışdır (2, s. 31). Şiəlik və onun Sufi-Dərviş cəmiyyətindəki təsirləri, ümumiyyətlə qızılbaşlıq haqqında ən dəyərli fikirlər hələ ilkin addımlarını yeni atmağa başlamış və müdafiə ərəfəsində olan gənc tədqiqatçı Günel Rəhimlinin araşdırmalarında daha geniş və akademik şəkildə əks olunmaqdadır (4). Bu haqda söz demək istəyən ilkin qaynaqlara baxmasa da olar, o sadəcə ən azında bu kimi tədqiqatlara baxaraq fikir formalaşdırıb bir fikir irəli sürsə cəmiyyətimizə də xeyir vermiş olar. Oxumağı sevməyən, havadan danışan bir cəmiyyət olmasaq, tariximiz də Massaget tarixi bu qədər oğurlanmaz.

Müasir kino sənayemiz və tariximiz

İlk öncə onu vurğulamaq istərdim ki, dünyanın nadir ölkələrindənik ki, burada kinonun inkişafina prezident tərəfindən maliyyə ayrılır. Prezidentimiz cənab İlham Əliyev demək olar ki, daim bu məsələni diqqətdə saxlayır (Bax: Keçid 1.). Heç şübhəsiz ki, filmlər və seriallar da çəkilir. Hətta ictimai televiziya “Qarabağnamələr” adlı serial da çəkib (Keçid 2). Əsəri nəzərdən keçirəndə aydın olur ki, ssenaristlərdən heç biri tarixçi deyil. Məhz ona görədir ki, Ağa Məhəmməd Qacarın əsgərləri farsca danışır. Halbuki, Qacarlar dövlətinin ilkin illərində ordu Qızılbaş ordusu idi. Bu kimi faktları sadalamaqla bitməz. Hazırda bəhs etdiyimiz “Tomris” filminin ssenaristi tarixçidir və bunu da fikirlərinizin bir tərəfində saxlayın. Təəssüf ki, digər bir tarixi seralımız yoxdur. Müasir Azərbaycan kino sənayesində isə sadəcə komediya, azacıq dram və qorxu filmlərinin mövcudluğunu müşahidə edirik. Müharibə şəraitində olan və zəngin tarixə malik bir ölkədə tarixi filmlərin çəkilməməsi və buna cəmiyyətin marağının olmaması tariximizin oğurlanmasının başlıca səbəblərindən biridir. Barmaqla sayılacaq qədər keyfiyyətsiz çəkilmiş tarixi filmlərə gəldikdə isə ya tarixi tam əks etdirmir, ya aktyor işi zəifdir, ya da qrafik cəhətdən keyfiyyətsizdir və ya dil normalarına cavab vermir. ABŞ daxil olmaqla bütün ölkələrdə dövlət siyasətinin əsas silahlarından olan kinonun inkişafının zəruriliyinin əyarını daha necə göstərmək olar. “Tomris” adına gəlincə, onu xatırladaq ki, demək olar ki, Azərbaycan xaric heç bir yerdə valideynlər öz övladlarına Tomris adını qoymurlar. Xalq o vaxt övladına qəhrəmanının adı qoyur ki, onun həyatında mühüm rol oynamış olsun. Ona yad olan bir qəhrəmanın adını bir insan öz övladına qoyaraq onu yaşatmaz. Təbii, dini inanc istisnalıq təşkil edir. Bu etnoqrafik metod ilkin bir sübutdur ki, Tomris hansı bölgənin qəhrəmanıdır. Tomris obrazı Maestro Niyazının “Rast” baletinin əsas qəhrəmanıdır (Bax; Keçid 3). Hətta, Bakı Bələdiyyə Teatrının hazırladığı və baş rolunu mərhum Amaliya Pənahovanın oynadığı “Tomris” tamaşası da səhnələşdirilmişdir (Bax: Keçid 4). Qəribədir Azərbaycanda bütün bu işlər görülərkən Qazaxıstanda niyə Tomris xatırlanmırdı?!

İlkin tarixi qaynaqlarda Massagetlər və Tomris

Dünya tarixşünaslığı, eləcə də Rusiya tarixşünaslığı Azərbaycan tarixinin müxtəlif dövrlərinə ikili münasibət göstərərək qeyri-peşəkarcasına yanaşırlar. Bunlardan birincisi Azərbaycan ərazilərinin Persiya ərazisi kimi göstərilməsi, ikincisi isə mədəniyyətimizin Persiya mədəniyyətinin bir parçası kimi təqdim olunmasıdır. Onların bu davranışlarını heç bir akademik fikirlə izah etmək mümkün deyildir. Bu fikirlər Massaget çarlığının tarixindən də yan keçməmişdir. İlkin qaynaqlardakı aydın faktlara rəğmən onlar Massagetləri, iskitlər kimi fars adlandırmış və onların Mərkəzi Asiyada yaşadığını iddia etmişdilər. İlk öncə Massagetlərin fars olub olmamasına aydınlıq gətirək. Herodot yazır ki, Massagetlər İskitlərə bənzəyirlər, atı qurban edirlər, mahir at çapardırlar, at əti yeyirlər, bununla bərabər balıqçılıqla da məşğuldurlar və Arazdan balıq ovalayırlar (9, s. 2267-272). Tarixdə mahir at çaparlar olan və at məhsulları ilə qidalanan yeganə millət Türklərdir. Bu fikri Prokopis də təsdiqləyir. O Massagetlərin artıq özlərini Hunlar adlandırdığını yazır (11, s. 15).

İndi isə onların harada yaşaması ilə bağlı mübahisə doğuran məqamlara diqqət yetirək. Massagetlərin Orta Asiyada yaşaması fikrinin yaranmasının əsas səbəbi Herodotun naqis ingiliscə çapıdır. Halbuki, orijinala yaxın tərcümələrə diqqət yetirdikdə belə məlum olur ki, Massagetlər. Qafqaz dağlarından şərqə tərəfdəki düzənlikdə yaşayırlar (9, s. 257). Çox güman ki, müəllif indiki Mərkəzi Aran bölgəsində yerləşən düzənlikləri nəzərdə tuturdu. Həmçinin, müəllif Massagetləri həmişə Araz çayı ətrafında təsvir edir. Araz çayı haqqında da məlumat verən Herodot onu bərəkətli və bol balıqlı təsvir edir (9, s. 255). Bəzi qeyri-obyektiv tədqiqatçılar iddia etməkdədirlər ki, Araz çayı Oks çayıdır. Lakin, onlar unudurlar ki, bu iki ad arasında heç bir fonetik oxşarlıq mövcud deyil. Və bütün ingilisdilli qaynaqlarda Araxes Araz çayını göstərmək üçün istifadə olunan sözdür. Əgər Herodot Persiya kralı II Kuruşun (II Kir- etik cəhətdən doğru deyil və bu ruscadan keçmədir). Araz çayı üzərində körpü inşa etdirməsi, və Massaget çarı Tomris ilə savaşması və öldürülməsi faktını yazanda (9, s. 256) başqa bir çaydan bəhs etsəydi, onu başqa cür ifadə edərdi. Çünki, iki faktın – Araz çayının təsviri ilə, II Kuruşun öldürülməsi hadisəsinin təsvirinin arasında sadəcə bir səhifə fərq var. Məntiqli yanaşarsaq, niyə müəllif Qafqazdan bəhs edərkən Mərkəzi Asiyadakı hər hansı bir hadisəni təsvir etsin. Axı yunan ədəbiyyatları müasir tarixşünaslıq kimi hadisələrə bu cür qeyri-məntiqi yanaşmırdılar. Digər bir məsələ, müəllif Araz çayından bəhs edərkən burda çoxlu balığın olduğunu yazır, eləcə də Massagetlərin qidalanmasında balığın əsas olduğunu da qeyd edir (9, s. 255-257). Daha bir diqqət çəkici məqam II Kuruş sözü gedən Araz çayı ətrafında daha aktivdir, burda körpü tikdirir, 40 kanal çəkdirir və s. (9, s. 255). Axı II Kuruşun Oks və ya Ceyhun çayı ətrafında aktiv bir davranışını müşahidə etmirik. Bundan başqa Ceyhun və ya Amudərya çayını Arrian Oxus kimi göstərməkdədir (10, s. 199-202). Halbuki, Arrian əsərinin başqa bir yerində Araz çayını eyniliklə Herodotun göstərdiyi kimi Araxes kimi göstərmişdir (10, s. 177). Araxes ( və ya Arakses, Araz) hidronimini müasir dövrə qədər özündə saxlayan yeganə coğrafi məkan bizim Araz çayı deyilmi?! Bu görməyəcək qədər kor olmaqdır bu, yoxsa bəzi məqsədlərə çatmaq üçün çox şeyi görməzdən gəlmək. Yüzlərcə bu fikri təsdiqləyici faktlar mövcuddur. Onların hamısını daxil etmək uzun və yorucu ola bilər. Ümumi belə bir nəticəyə gəlmək mümkündür ki, həqiqət necə olursa olsun hər sək görmək istədiyini görür, eşitmək istədiyini eşidir. Dünya tarixşünaslığında isə bilinməyən səbəblərdən Azərbaycana və Azərbaycan ərazisinə, onun tarixinə ikili standartlı münasibətlər mövcuddur. Bizlər isə bu kimi əsas məsələlərlə mübarizə aparmaq yerinə ya bir-birimizlə mübarizə aparır, ya da tariximizin müxtəlif dövrlərini qeyri-peşəkarlıqla tənqid etməklə məşğuluq. Əgər bir millət özü özünə dəyər verməzsə, başqası əsla ona dəyərli hiss etdirməz.

Dos. Dr. Zaur Əliyev

Dr. Bayram Quliyev

 

 

                   

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
Hamısı