“iPhone” işlədənlərə bəd xəbər | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


“iPhone” işlədənlərə bəd xəbər

Elm və texnologiya A- A A+

“Apple” şirkəti akkumulyatoru “Apple”ın sertifikatlaşdırılmış xidmət mərkəzlərində dəyişdirilməmiş yeni “iPhone” aparatlarında proqram bloklaması tətbiq edib.

Eurasia Diary “vesti.ru”ya istinadla xəbər verir ki, istifadəçi batareyanı özü dəyişdirdiyi və ya kənar mütəxəssislərə müraciət etdiyi halda, onun qurğusunun displeyində silinməsi heç bir halda mümkün olmayan servis mesajı görsənir.

Bildirilir ki, “Apple”-ın akkumulyatorunun əsilliyini müəyyənləşdirmək mümkün olmadı” xəbərdarlığı yalnız yeni modellərdə (“iPhone Xr”, “Xs” və “Xs Max”) görsənir. Bu halda batareyanın vəziyyətini və tutumunu öyrənmək qeyri-mümkündür.

Ekspertlərin fikrincə, bloklama əməliyyatı daxili çip vasitəsilə həyata keçirilir, sözügedən çip, həmçinin temperatur haqqında məlumatı ötürür.

Akkumulyatoru yenidən işlək etməyin yeganə üsulu qurğunu “Apple”ın sertifikatlaşdırılmış servis mərkəzinə aparmaqdır. (ICTinfo.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...