Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Azərbaycanda saytlarda informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq əks olunacaq

Elm və texnologiya A- A A+

Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunacaq.

Eurasia Diary "apa"ya istinadən xəbər verir ki, bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklif edilir.

BAzərbaycanda elə ki, sənədə yeni 13-2.6-cı bənd əlavə olunur. Yeni bəndə görə, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək, plenar iclasa tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...