Ayın görünməyən tərəfinin 60 il əvvəl çəkilmiş ilk görüntüsü təqdim olundu - FOTO | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Ayın görünməyən tərəfinin 60 il əvvəl çəkilmiş ilk görüntüsü təqdim olundu - FOTO

Elm və texnologiya A- A A+

Rusiyada Ayın görünməyən tərəfinin nadir fotolarından biri təqdim olunub. Foto 60 il əvvəl “Luna-3” stansiyası tərəfindən çəkilib.

Eurasia Diary xəbər verir ki, fotonu və kartoqrafik materialları Rusiya Dövlət Elmi-Texniki Sənədlər Arxivi təqdim edib. Təqdim olunan materiallar arasında “Luna-3” stansiyasının şəkilləri, o cümlədən Ayın digər tərəfinin şəklinin necə çəkilməsi sxemi yer alıb.

Qeyd edək ki, “Luna-3” 1959-cü ilin 4 oktyabrında buraxılıb və 207 günlük uçuş həyata keçirib. Onun vasitəsilə ilk dəfə Ayın görünməyən tərəfinin şəkilləri Yerdən 60-70 min kilometrlik məsafədən çəkilib. Həmin şəkillərin köməyi ilə peykin ilk atlas və xəritəsi tərtib olunub, 1961-ci ildə isə Ayın yenilənmiş qlobusu buraxılıb.(azedu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...