NASA alimləri Saturnun peykində həyat əlamətləri tapıb | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


NASA alimləri Saturnun peykində həyat əlamətləri tapıb

Elm və texnologiya A- A A+

NASA-nın alimləri Saturnun Enceladus peyki üzərindəki okeanda həyat üçün lazım olan əsas əlamətləri tapıblar.

Eurasia Diary xəbər verir ki, "Buzlu ay" kimi tanınan və həyat əlamətlərinin olmadığı düşünülən peykdə yeni tapıntı elm dünyasını həyəcanlandırıb.

"Buzlu ay"lar əsasən buzdan ibarət səthləri olan təbii peyklər kimi təsnif edilir. "Buzlu ay"ların alt hissəsində okean və ya metal qayalar yerləşə bilər.

NASA-nın Cassini kosmik gəmisi 2017-ci ilin sentyabrında Saturn atmosferinə daxil olub. İndiyə qədər burada toplanmış məlumatları qiymətləndirən alimlər Enceladus-un üzərindəki okeanın dərinliklərində bəzi amin turşuları və yeni növ üzvi birləşmələr tapdıqlarını bildiriblər.

Azot və oksigen ehtiva edən birləşmələr "Buzlu ay"ın okean qatında həyat əlamətlərinin ola biləcəyinə dair işarədir.  (AzEdu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...