Asta hərəkət edən radio pulsar aşkar edilib | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Asta hərəkət edən radio pulsar aşkar edilib

Elm və texnologiya A- A A+
Pulsar və ekstraqalaktik radio partlamalarının tədqiqi çərçivəsində yeni radio pulsar kəşf edilib. Məlum olub ki, bu obyekt indiyə kimi aşkarlanan bütün radio pulsarlardan daha asta dövr edir.
 
Eurasia Diary "trend"ə istinadən bildirir ki, SUPERB layihəsi çərçivəsində Avstraliyanın Parks Rəsədxanasında aparılmış müşahidələr zamanı Mançester Universitetindən Vincent Morellonun başçılıq etdiyi astronomlar qrupu "PSR J2251-3711" adlandırılmış yeni çox uzun dövriyyə müddətinə malik radio pulsar aşkar edib.
 
Qeyd edək ki, pulsarlar çox sürətli dövr edən və maqnit qütblərindən güclü radiodalğaları yayan maqnitlənmiş neytron ulduzlardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...