İnsanın başı da dəyişdiriləcək | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

İnsanın başı da dəyişdiriləcək

Elm və texnologiya A- A A+
İnsanın ömrü boyu başını öz bədənində gəzdirməsi barədə arxaik təsəvvürlər tezliklə unudulacaq, çünki yaxın 10 ildə elm adamları baş nəqli texnologiyasını mənimsəyəcəklər. 
 
Eurasia Diary-nİn yaydığı məlumata görə, ingilis neyrocərrah Bryus Metyu bu barədə əminliyini ifadə edib.
 
İngilis Hall Universitetinin robot cərrahiyyəsi üzrə ekspertinin fikrincə, əməliyyatın uğurlu olması üçün o və həmkarları başın köçürülməsi üsuluna yanaşmanı dəyişdirməlidirlər. Metyu əmindir ki, yeni bədənə yalnız baş deyil, həm də onurğa beyni köçürülməlidir.
 
Hazırda alimlər başı və onurğanı bir-birindən ayırmağa, sonra isə yenidən birləşdirməyə cəhd edirlər. Ancaq yeni orqanizmdə bu uğurlu alınmır. Metyunun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırma işləri aparılır.  (Life.ru)
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...