Windows 10 yenilənir | Eurasia Diary - ednews.net

21 Fevral, Cümə


Windows 10 yenilənir

Elm və texnologiya A- A A+

Keçən ilin dekabr ayında Microsoft-dan yüzdən çox Windows məhsulunun, o cümlədən Word, Excel, PowerPoint, OneNote və digər proqramın yenidən işlənib hazırlanacağı elan edildi.

Eurasia Diary chip.az-a istinadən bildirir ki, artıq Windows 10 tapşırıq bölməsində təkrar işarələnmiş nişanları yeni test quruluşunda təqdim edilməyə başlanılıb.

İşarələrin dizaynı isə Fluent Dizayn Sistemi GUI-nin korporativ şəxsiyyət dizaynının bir hissəsi olaraq hazırlanıb. Hazırda yeni nişanlar yalnız tapşırıq bölməsindədir, digər bölmələrdə əvvəlki nişanlar istifadə olunur.

Böyük ehtimalla adi istifadəçilər üçün yeni Windows nişanlarına tam keçid sistemin yaz yeniləməsi ilə baş verəcək.(milli.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...