Alimlərdən inanılmaz kəşf! - 3000 yaşlı mumiya "danışdı" - VİDEO | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

Alimlərdən inanılmaz kəşf! - 3000 yaşlı mumiya "danışdı" - VİDEO

Elm və texnologiya A- A A+
Alimlər 3000 il əvvəl mumyalanmış Misirli bir rahibin səsini süni səslər vasitəsilə həyata qaytarıblar.
 
Rahibin qəddar hökmdar XI Ramsesin hakimiyyəti dövründə yaşadığı bildirilir. Qədim Misirin Vaset şəhərində keşiş olan Nesyamun, dini rituallar, o cümlədən mahnı oxumaq üçün güclü səsi vardı. Alimlər 3 min il sonra Nesyamunun səsini yenidən canlandırıblar.
 
Eurasia Diary-nin BBC Türk-ə istinadən xəbərinə görə, Nesyamunun səsi üçölçülü printerlə kopyalanaraq günümüzə gətirilib. Araşdırmalar nəticəsində tədqiqatçılar 'e' saitinə bənzər səs əldə etməyə müvəffəq olublar.
 
Elm adamları gələcəkdə kompüter proqramları vasitəsilə Nesyamunun səsindən cümlələr çıxarmağa ümid edirlər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...