ABŞ-ın mikroprosessor sənayesində inhisarçılığı tədricən ləğv edilir.
Eurasia Diary xəbər verir ki, Çin və Rusiyadan sonra Avropa İttifaqı da öz prosessorunu hazırlayır. "European Processor Initiative" (EPI) çərçivəsində məhsuldar proqramlar üçün prosessor hazırlanır.
"EPI"nin direktoru Jan-Mark Denisin məlumatına görə, prosessor 6 nanometrlik texnologiya üzrə hazırlanacaq. Sözügedən prosessor cari ilin sonunda, yaxud gələn ilin əvvəlində təqdim ediləcək. "Zeus" adlandırılacaq prosessor "ARM" bazasında hazırlanacaq, amma öz arxitekturasına malik olacaq. (olaylar.az)