Bu smartfonların istehsalı dayandırılacaq - ednews.net

28 Oktyabr, Cümə axşamı

Bu smartfonların istehsalı dayandırılacaq

Elm və texnologiya A- A A+
"TCL Communications" şirkəti "BlackBerry" brendinin fəaliyyətinin dayandırılmasını açıqlayıb.
 
Eurasia Dairy  ICTnews-a istinadən xəbər verir ki, bəyanata görə, bu il "BlackBerry" mobil brendinin fəaliyyəti dayandırılacaq.
 
Bu brendli qurğuların istehsalı hüququna malik "TCL Communications" şirkəti 31 avqust 2020-ci ildən sonra smartfonların satışını dayandıracaq. Şirkət 31 avqust 2022-ci ilədək "BlackBerry" istifadəçilərinə texniki xidmət göstərəcək.
 
"BlackBerry" brendi 2016-cı ilin dekabrından qurğuların buraxılışı və satışı hüququna malik "TCL Communications" şirkətinə məxsusdur. Bundan əvvəl "BlackBerry" şirkəti smartfonların istehsalından imtina edərək proqram təminatına üstünlük verib."BlackBerry" telefon və smartfonları biznes üçün nəzərdə tutulması, fərdi məlumatların mühafizəsi və fiziki "QWERTY" klaviaturası kimi xüsusiyyətləri ilə seçilir.
 
Qeyd edək ki, "BlackBerry" markalı ilk qurğu 1997-ci ildə "Research In Motion" şirkəti tərəfindən buraxılıb. (bakupost)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...