Tvitter sosial şəbəkəsi “çöküb”.
Eurasia Diary xəbər verir ki, gecə saatlarında Tvitter sosial şəbəkəsində xəta baş verib.
Məlumata əsasən, ABŞ, Böyük Britaniya, Yaponiya və Rusiyadan olan istifadəçilər Tvitterdən şikayətləniblər.
İstifadəçilərin 40%-i şəbəkənin saytına giriş edə bilməyiblər, 30%-i iPhone və iPad üçün nəzərdə tutulan tətbiqdə problemləri aşkar ediblər, 18-i isə ümumi platformanın işləmədiyini bildiriblər.(ted.az)