“WhatsApp” istifadəçilərinin sayı açıqlanıb | Eurasia Diary - ednews.net

18 Fevral, Çərşənbə axşamı


“WhatsApp” istifadəçilərinin sayı açıqlanıb

Elm və texnologiya A- A A+

“WhatsApp” mesajlaşma proqramından istifadə edənlərin sayı 2 milyarda çatıb.

Eurasia Diary xəbər verir ki, bu barədə tətbiqin rəsmi veb saytında yayımlanan açıqlamada bildirilir.

“Bu gün dünyada 2 milyard insanın “WhatsApp” tətbiqindən istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq”, - məlumatda belə deyilir.

“WhatsApp” rəhbərliyi mesajlaşma yolu ilə ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələnməsi üsulundan istifadə edildiyini bildirir.

Qeyd edək ki, “WhatsApp” mətn mesajları mübadiləsi imkanı verən və səsli rabitəni dəstəkləyən pulsuz bir xidmətdir. 2014-cü ildə bu xidmət “Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...