AMEA-nın həqiqi üzvi Hətəm Quliyev və müxbir üzv Rəşid Javanşirin müəllifliyi ilə Amerika Geofiziki İttifaqının (AGİ) ən nüfuzlu jurnallarından olan «Earth and Space Science» jurnalının 2020-ci ilin ilk nömrəsində «Bir daha Yerin ilkin etalon modeli (YİEM) haqqında» sensasiya doğuran böyük həcimli elmi məqaləsi çap olunub.
Eurasia Diary-nin məlumatına görə, axırıncı 2-3 yüz il ərzində dünyanın geologiya və geofizika sahəsində çox böyük alimlərinin səyi nəticəsində YİEM yaradılıb. Bu model 1981-ci ildə AGİ-nin prezidenti D. Anderson və məşhur professor A. Dzevonski tərəfindən çap edilərək dünya elmi ictimayyətinə təqdim olundu. 1989-cu ildə bu alimlər Kraudof (Yer elmlər sahəsində Nobel mükafatına bərabər sayılır) mükafatına layiq görüldülər. 2014-cü ildə Andersıonun vəfatı ilə bağlı Dzievonskinin yazdığı nekroloqda ümüd edilirdi ki, yaxın 5-6 ildə bu model təkminləşdiriləcək. O vaxta qədər bu məqaləyə 7 mindən çox istinad var idi və model çox saylı geoloji və geofiziki problemlərin həllində istifadə olunmuşdur. Nəhayət modelin təqdimatından 40 il keçəndən sonra iki azərbaycanlı alim qeyri-adi cəsarət göstərərək, modelin geomexaniki mövqelərdən düzgün olmadığını göstərdilər. Earth and Space Science jurnalı alimlərimizin məqaləsini çap edərək, onların iddiasının əsaslı olduğunu qəbul etdi.
Alimlərimiz belə böyük elmi nəticəni əldə etmək yolunda qeyri-xətti geomexaniki təhlil metodu yaradıblar. Metodun tətbiqi YİEM yaradılmasında yol verilmiş səfləri və yalnışlıqları müəyyən etməyə imkan vermiş və gələcək perspektiv elmi tədqiqatların proqramını hazırlamağa imkan vermişdir.
Görülmüş işlər qeyri-adi böyük fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ hüsusiyyətə malikdir. Belə ki, yeni metodun tətbiqi neft qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələni təşkil edir.
AMEA-nın həqiqi üzvü Hətəm Quliyev
AMEA-nın müxbir üzvü Rəşid Javanşir