Facebook şirkəti vergidən yayınmaq üzrə günahlandırılır | Eurasia Diary - ednews.net

16 Sentyabr, Cümə axşamı

Facebook şirkəti vergidən yayınmaq üzrə günahlandırılır

Elm və texnologiya A- A A+

ABŞ-ın vergi idarəsi (IRS) San Fransiskoda Facebook şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, IRS Facebook şirkətini 9 milyard dollar dəyərində olan verginin ödənilməməsində günahlandırır. Bu barədə Reuters saytı xəbər verib. IRS qeyd edib ki, Facebook İrlandiyadakı digər şirkətinə 6.5 milyard dollar qiymətində satmış olduğu intellektual mülkiyyətin qiymətini aşağı salıb.

Bu səbəbdən Facebook İrlandiyada 12.5% göstərici ilə korporativ vergi ödəyib. Lakin ABŞ-da şirkət 35% göstərici ilə vergi ödəməli olacaqdı. IRS-in fikrincə bu üsul ilə Facebook şirkəti vergi ödənişindən yayınıb. Şirkət isə öz növbəsində qeyd edib ki, intellektual mülkiyyətin aşağı qiymətləndirilməsi öz növbəsində IPO öncəsi beynəlxalq genişlənməni əhatə edə biləcək risklər ilə bağlıdır.

Sosial şəbəkənin verdiyi məlumata əsasən 2010-cu ildə şirkətin mobil reklamlardan gəlirləri yox idi, beynəlxalq biznes təzə-təzə yaranırdı və rəqəmsal reklam məhsulları yoxlanışdan keçməmişdi. Əgər San Fransisko məhkəməsi IRS-in iddiasını təsdiqləsə, Facebook şirkəti 9 milyard dollar, cərimə və faizlər ödəməli olacaq.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...