Çində 2700-dən çox adamın həyatına son qoyan "CoViD-2019" koronavirusundan qorunmaq üçün çinlilər xüsusi kostüm ixtira ediblər.
Eurasia Diary-nin life.ru-ya istinadən verdiyi xəbərə görə, yeni ixtira "Be a Bat Man" ("Yarasa-Adam ol") adlanır.
O, faktiki olaraq, bel çantası kimi, çiyinlərdə bərkidilən iki dayaqdan ibarətdir. Onların arasında qabaq hissədən plyonka çəkilir. Qalxanı xatırladan cihaz qızaraq ətrafındakı hər şeyi ultrabənövşəyi şüalar vasitəsi ilə sterilizasiya edir.
Köstümü hazırlayan San Dayonqun sözlərinə əsasən, ixtira iki səbəbdən "Yarasa-Adam"ın (Batman) şərəfinə adlandırılıb:
2. Ehtimallardan birinə əsasən, ölümcül virus insana məhz yarasalardan keçib.
3. Kostümun arxa hissəsi yarasanın qanadlarına bənzəyir.
Hələlik cihazın ideyası yalnız kağız üzərindədir. Lakin ixtiraçı tez bir zamanda onu mühəndislərin köməyi ilə reallığa çevirə biləcəyinə ümid edir.