HUAWEI şirkəti qatlanan HUAWEI Mate Xs smartfonunu təqdim edir

Elm və texnologiya 20:25 05.03.2020

24 fevral 2020-ci ildə, şirkət HUAWEI-in Barselonada keçirilən onlayn təqdimatında  qatlanan yeni HUAWEI Mate Xs smartfonunu - HUAWEI Mate X-in inqilabi seriyasının davamını təqdim etdi.

5G - bağlantını dəstəkləyən Kirin 990 flaqman prosessoru və Falcon Wing mexaniki şarnirli nazik korpus daxil olmaqla, aktual texnologiyaların tam dəstini özündə toplayan yeni məhsul öz istifadəçilərinə təkcə yüksək məhsuldarlığı və geniş funksionallığı təklif etmir, həm də  smartfon və planşet rejimləri arasında keçid üçün unikal bir imkanı da təqdim edir.

HUAWEI Mate Xs qeyri-məhdud imkanlar açaraq elastik konstruksiya və yeni mexaniki şarnirin hesabına qatlanan və nazik çərçivələri olan 8 düymlük ekran sayəsində vizual rahatlığı təklif edir.

İlk dəfə  HUAWEI Mate X-də istifadə edilən Falcon Wing şarniri bir-birinə ideal uyğunlaşdırılan, displeyin qatlanma və açılması zamanı yüksək etibarlılığı və möhkəmliyi təmin edən 100-dən çox qarşılıqlı əlaqəli elementdən ibarətdir. Mate Xs şarnirində həm də möhkəmliyi artıran və konstruksiyanın 180° açılmasını təmin edən sirkonium əsaslı maye ərintidən də istifadə olunur.`
HUAWEI Mate Xs modeli iki poliamid qatının  optik şəffaf yapışqanla yapışdırılmasının HUAWEI tərəfindən işlənmiş texnologiyasından istifadə etməklə hazırlanan ikiqat polimer strukturlu elastik displeylə təchiz olunmuşdur. Aerokosmik sənayedə istifadə olunan bu unikal material yüksək keyfiyyətli görüntünü, zəngin rəngləri və parlaqlığı təmin etməklə yanaşı, smartfon ekranının möhkəmliyinə, elastikliyinə və uzun ömürlülüyünə zəmanət verir.
Qatlanan zaman HUAWEI Mate Xs - 6,6 və 6,38 düym diaqonalları olan iki ekranlı bir smartfondur. Açıldıqda isə smartfon istifadə vəziyyətlərinin geniş spektri üçün əla yarayan 8 düymlük bir planşetə çevrilir.

HUAWEI Mate Xs üçün məxsusi hazırlanmış nazik form-faktor və yığcam 5G antenna sistemi HUAWEI şirkətinin telekommunikasiya texnologiyaları sahəsindəki yüksək nailiyyətlərinin nümunəsi kimi xidmət edir. Uzunmüddətli araşdırmaların və işlərin nəticəsi olan antenna konstruksiyası 5G şəbəkələrində yüksək sürətə və sabit qoşulmaya təminat verir.

HUAWEI Mate Xs-də dörd şaquli yerləşdirilmiş moduldan ibarət ultra həssas  Leica kamerası quraşdırılmışdır. Kameranın tərkibinə genişbucaqlı obyektivi və f/1.8 diafraqması olan 40 MP-lik əsas modul, ultra genişbucaqlı və f/2.2 diafraqmalı 16 MP-lik modul, optik görüntü stabilizatoru ilə təchiz edilmiş  f/2.4 diafraqmalı teleobyektivi olan 8MP-lik modul və təsvirin dərinliyinə cavab verən 3D-modul daxildir. Kamera optik stabilizator və stabilləşmənin proqram alqoritminin birgə işini süni intellektə əsasən dəstəkləyir, bu da 30-qat hibrid böyütmə ilə aydın çəkilişlər etməyə imkan verir. Sensorun ISO 204800-a qədər həssaslığının sayəsində kamera, hətta ən çətin işıqlandırma şəraitində də parlaq və detallı fotoşəkillər yaratmağa qadirdir.

Qatlanmış vəziyyətdə ekranın bükülmə yeri yan panelin düyməsini basmaqla asanlıqla açılan fiziki sıxaçla qorunur. Açılmış smartfon isə istifadəçiyə müxtəlif tapşırıqların həlli üçün əla yarayan bütöv və geniş ekran verir.

HUAWEI Mate Xs ekranda bir-biri ilə qarşılıqlı əlaqədə ola bilən, eyni vaxtda iki proqramı əks etdirməyə imkan verən çox pəncərəli Multi-Window rejimini qiyabi dəstəkləyir. Mətnin fraqmentlərini, təsvirləri və sənədləri sadəcə olaraq bir pəncərədən digərinə daşımaq olar.

HUAWEI Mate Xs yenilənmiş HUAWEI AppGallery tətbiq mağazası ilə satışa buraxılan ilk HUAWEI mobil cihazlarından biri olacaq. HUAWEI AppGallery platforması HUAWEI mobil qurğularının bütün proqram və aparat imkanlarından tam istifadə edən tətbiqlərə giriş imkanını verir: HiAI texnologiyalarından unikal kommunikasiya, sistem və təhlükəsizlik funksiyalarınadək.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
Hamısı