Koronavirus “Lexus” istehsalını da vurdu | Eurasia Diary - ednews.net

29 Sentyabr, Çərşənbə axşamı


Koronavirus “Lexus” istehsalını da vurdu

Elm və texnologiya A- A A+

Yaponiyanın böyük "Toyota Motor" avtoşirkəti koronavirus səbəbindən hazırda maşın bazarında yaşanan böhranla əlaqədar "Lexus" avotmobillərinin istehsalnda ixtisar etmək barədə qərar qəbul edib.

EDNews day.az-a istinadən bildirir ki, istehsalda ixtisar təxminən 6 faiz təşkil edəcək və martın 16-dan qüvvəyə minəcək.

Qeyd olunur ki, istehsalatda "Lexus"ların istehsalında azalma müvəqqəti olaraq 2 həftəlik həyata keçiriləcək. Məsələ ondadır ki, ABŞ-dan sonra "Toyota" şirkəti məhsullarının realizəsi üçün ikinci əsas bazar Çindir, lakin məlum epidemiya səbəbindən hazırda bazarda durğunluq yaşanır.

Qeyd edək ki, keçən il Çin bazarında təkcə "Lexus" markalı avtomobillərin satışı 1,62 milyon ədəd təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...