Avropa Birliyi kiberordu yaratdı | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Avropa Birliyi kiberordu yaratdı

Elm və texnologiya A- A A+

Avropa Birliyinin 6 ölkəsi kibernetik ordu yaradıb.

EDNews  ted.az-a istinadən bildirir ki, Estoniya, Polşa, Xorvatiya, Hollandiya, Rumıniya və Litva ortaq Kibernetik Qüvvələrin yaradılması haqqında memorandum imzalayıb.

Sənədə əsasən, kibernetik ordu  kiber dünyanı izləyərək kiberhücumlara tez reaksiya verəcək. Yeni ordu təhlil aparan hərbi və mülki mütəxəssisləri ehtiva edən beynəlxalq qrupdan ibarətdir.

Qeyd edək ki, kibernetik orduya nərazət edən ölkə olaraq Litva seçilib. Lider ölkə rotasiya prinsipinə görə dəyişəcək. Avropa Birliyinin digər yeddi ölkəsi təşəbbüsə müşahidəçi qismində qoşulub - Belçika, Yunanıstan, İspaniya, İtaliya, Fransa, Sloveniya və Finlandiya.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...