2020-ci Il üçün aşağı büdcəli 5 Smartfon

Elm və texnologiya 18:27 13.03.2020

Hər gün dəyişən smartfonları görüb siz də öz smartfonunuzu dəyişmək fikrinə düşürsünüzsə, onda yaxın oturun. Sizə 2020 model 5 əla smartfon məsləhət görəcəyik. "Biz pul yığana qədər o modellər də köhnələr" deyirsiniz? Narahat olmayın, bu yazıda qiyməti 600 manatı keçən smartfon yoxdur! Az büdcəli, lakin çoxfunksiyalı smartfonlarla qarşınızdayıq. Biz bunlara smart seçimlər deyirik. Getdik!

Xiaomi Redmi Note 8T

Əminliklə deyə bilərik ki, bu seçimdə büdcəniz və tələbləriniz tam üst-üstə düşəcək. Qiyməti və göstəricilərinə görə ideal seçim halına gələn Xiaomi Redmi Note 8T 48 meqapiksellik kamerasıyla foto və videolarınızın yüksək keyfiyyətli olmasını təmin edəcək. Üstəlik son zamanlar dəbdə olan portret rejimində də köməyinizə çatacaq. Nə də olsa öndə 1, arxada isə 4 kamera olması öz sözünü deyir. Bu smartfon 4000 mAh batereyası ilə həm də uzunömürlülüyün sirrini də çözüb deyə bilərik! Həm də sürətli enerjidoldurma funksiyasıyla siz artıq naqillərə bağlı qalmayacaqsınız. Yaşasın naqilsiz həyat!

Bununla bərabər, smartfon ön və arxadan Gorilla Glass 5 şüşəsiylə qorunur. Bu isə smartfonunuzun daha dayanıqlı olduğu mənasına gəlir. Bu tip büdcəli smartfonlarda adətən bu hissələr plastikdən hazırlanır. Redmi Note 8T almamaq üçün artıq heç bir bəhanəniz yoxdur!

Kontakt Home-da nağd alışda 449.99 AZN olan smartfon üçün hal-hazırda xüsusi təklif də keçərlidir! Belə ki, smartfon 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 37.50 AZN-dir.

Samsung Galaxy A20s

Galaxy A20s büdcəyə rahat uyğunlaşdığı qədər, oval küncləriylə ələ və hətta dəbə də rahatlıqla uyğunlaşır. Bu smartfon videoya baxmağı sevən hər kəsin ilk seçimi olmalıdır. Çünki 6.5 inç ekranla siz izlədiyiniz hər şeydən zövq alacaqsınız. Təbii ki, oyun oynayanlar da bu fürsətdən mütləq yararlanmalıdır.

Smartfonun digər özəlliyi isə çoxsaylı kameralarıdır! 13 meqapiksellik əsas kamera günün istənilən saatında istənilən anınızı əla görüntülü fotoya çevirməyə hazırdır. 8 meqapiksel olan 120 dərəcəlik ultragenişbucaqlı kamera isə sizə əla peyzaj fotolar çəkməyə imkan yaradacaq. Gördüyünüz məkan və mənzərələri dostlarınıza olduğu kimi çatdıra biləcəksiniz.

5 meqapiksel dərinlikli kamera isə sizə istədiyiniz obyektə fokus olmaq imkanı verəcək.

4000 mAh batereya və sürətli şarj sistemi smartfonunuzun sizdən çox ayrı qalmaması üçün əlindən gələni edəcək. Bu arada A20s üztanıma sistemiylə sizi rahatlıqla tanıyacaq və telefonunuzu kiliddən çıxaracaq.

Hər şeyi olduğu kimi dedik, qalır bu smartfonu sifariş etmək. Həm də cəmi 409.99 AZN-ə! 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 34.20 AZN ödəyin və o sizindir!

HUAWEI Y6s

Bu smartfon isə büdcəyə sığsa da, çərçivələrə sığmır! Huawei Y6s 6.09 düym çərçivəsiz ekranıyla oyunsevənlərin, serial izləyicilərinin sevimlisi olmağa namizəddir. Xatırladaq ki, barmaq və üztanıma sistemiylə işləyən yeni smartfonunuzun əsas özəlliyi səs sistemidir.
Özəl SuperSound sistemiylə qulaq asdığınız musiqilərin səsini daha aydın və daha təmiz eşidə biləcəksiniz. Ola bilsin ki, əvvəl dinlədiyiniz musiqiləri yenidən kəşf edəsiniz.

 

13 meqapiksel əsas kamera və 8 meqapiksel ön kamera isə sizə foto çəkilişlərinizdə xüsusi kömək olacaq. Y6s-i fərqləndirən bir cəhət də 50% daha çox işıq keçirən xüsusi obyektividir. Hansı ki, bu obyektiv sayəsində sizin fotolar gecə də, gündüz də demək olar ki, eyni keyfiyyətdə alınacaq.

Yeni smartfonunuzun həmişə yanınızda olacağı sözünü də veririk! Çünki intellektual şarj sistemiylə smartfonunuzu bir gün ərzində tam rahat istifadə edə biləcəksiniz.

Fərqli özəlliklərə sahib smartfonun sizi də fərqli göstərəcəyinə əminik. Hətta qiymət də sizə fərqli gələcək! Çünki bu smartfonu cəmi 339.99 AZN-ə, yaxud smartfon 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 28.40 AZN ödəyərək əldə edə bilərsiniz.

Xiaomi Redmi Note 8 PRO

Bu smartfon film olsaydı yəqin ki, adı "Onun böyük ekranı" olardı. Bu büdcə üçün bu smartfon doğrudan da inanılmaz özəlliklərə sahibdir. 6.53 düymlük ekran sizin sevimli serialları, videoları izləməyinizə, oyunlarınızı oynamağınıza geniş imkan yaradacaq. 4-lü əsas arxa kamera isə düz 64 meqapikseldir. Bu əsl rekorddur! Üstəlik 20 meqapiksellik selfie kamerası, mikro-obyektiv və süni intellektlə təchiz olunmuş fokus xüsusiyyətləri də üstünlüklərdən sadəcə bir neçəsidir.

4 tərəfdən 3D şüşə ilə qorunan telefon 4500 mAh batereya gücü ilə də öz sinfinin lideri sayıla bilər. Bu smartfonun yegəni mənfi cəhəti sizin onu hələ də əldə etməməyinizdir!

Tələssəniz, yaxşı olar! Çünki ilkin ödənişsiz, faizsiz 12 aylıq hissə-hissə ödəniş imkanıyla ayda cəmi 50 manata bu smartfon sizin ola bilər.

Nokia 3.2

Özünüz üçün, valideynləriniz üçün və ya övladlarınız üçün sadə, rahat və çox funksional smartfon təklifmiz də var. Doğma və yeni Nokia-nın 3.2 modeli! İncə çərçivəsi və geniş ekranıyla müasir standartlara tam uyğundur.

Saf Android əməliyyat sisteminə sahib smartfon 4000 mAh batereya gücü ilə demək olar iki gün ərzində enerjisini qoruyub saxlayır. Gənclərin diqqətinə! 1 saatlıq PUBG oynamaq cəmi 10% şarj aparır. Başqa nə istəyirsiniz ki!

Üstəlik smartfonun kamerası da güclüdür və gecə rejimində də işıqlı fotolar çəkə bilir.  Nokia 3.2, smartfondan daha kompakt istifadə edənlər üçün ideal seçimdir. Çünki qiyməti də idealdır, 269.99 AZN-ə!

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Hamısı