Yeni nəsil Skoda Octavia RS modeli debüt edib | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Yeni nəsil Skoda Octavia RS modeli debüt edib

Elm və texnologiya A- A A+

Skoda şirkəti Octavia modelinin "bərkgedən" RS versiyasını təqdim edib. Gözlənildiyi kimi, Octavia hibrid güc qurğusuna sahib olub. Hibrid qurğusunun tərkibinə 150 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki, 115 at qüvvəli elektromotor, 13 kilovat-saatlıq batareya və iki muftalı 6-pilləli DSG "robot" daxil edilmişdir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anıdır. Model ön ötürməlidir.

EdNews autograph.az-a istinadən bildirir ki, çex mühəndisləri avtomobili zərərli tullantıların səviyyəsini 1 kilometrə 30 qrama qədər salmağa müvəffəq olublar ki, bu da 2021-ci ildə qüvvəyə minəcək Avropa Birliyinin yeni, daha sərt standartına uyğundur. Octavia RS modeli elektrik ötürməsi ilə 60 kilometrə (WLTP) qədər məsafə qət edə bilər.

Hibrid modelin dinamik xüsusiyyətləri sələfindən zəif alınıb - 100 km/saat həddinə sürətlənməyə 7,3 saniyə tələb olunur. Xatırladaq ki əvvəlki Octavia RS bu işə 6.8 saniyə gərək idi. Yeni nəsil Skoda Octavia RS modelinin maksimal sürət həddi 225 km/saat həddində məhdudlaşdılıb.

"Bərkgedən" Octavia ailəsində adi mühərriklərə malik olan versiyaların olacağı barədə şirkət məlumat verməyib. Bununla belə, fevral ayının ortalarında Octavia RS modelinin mühərrik çeşidinə daxil olacaq aqreqatlar göstərilən şirkət daxili sənəd peyda olmuşdu. Bu sənədə görə, Octavia RS modelinin mühərrik çeşidinə hibrid güc qurğusu ilə yanaşı həm benzin, həm də dizel aqreqatı daxil ediləcəkdir.

Hibrid versiyası ilə bağlı sənəddəa göstərilən məlumatlar tam təsdiqini tapdığını nəzərə alsaq, digər mühərriklər barədə məlumatların da etibarlı olacağına inanmaq üçün bütün əsaslar var.

Avtomobilin salonunda yeni sükan çarxı, virtual cihazlar paneli, alkantara ilə örtülmüş ön panel və idman oturacaqları quraşdırılıb. Orutacaqlarda VRS loqotipi , interyer detallarda isə qırmızı və ya gümüşü rəngli tikişlər vardır.

Skoda Octavia RS modeli iki kuzovla - həm liftbek, həm də universal, -  istehsal ediləcəkdir. Yeni modelin satışlarına 2020-ci il iyun ayının əvvəlində başlanacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...