iOS 14-ün ilk ekran görünüşü paylaşıldı | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


iOS 14-ün ilk ekran görünüşü paylaşıldı

Elm və texnologiya A- A A+

Apple şirkətinin mobil əməliyyat sistem iOS-un yeni distributivi iOS 14-dən ilk məlumatlar paylaşılır.

Man Geskin tərəfindən paylaşılan bir ekran görünüşünə görə, iPhone smartfonları iOS 14 ilə birlikdə daha fərqli bir menyuya sahib olacaq.

ABŞ-ın texnologiya nəhəngi Apple, "iOS 14" olaraq adlandırılması gözlənilən yeni əməliyyat sistemi üzərində işlərini davam etdirir. iPhone 12 ardıcıllığı ilə istifadəyə təqdim edilməsi gözlənilən iOS 14, iyun ayında təşkil edilməsi planlaşdırılan Apple Dünya Developerləri Konfransı (WWDC 2020) fəaliyyətləri çərçivəsində istehlakçılara təqdim ediləcək.

iOS 14, bu an üçün böyük sirrlərə sahibdir. Apple keçən illərdə olduğu kimi bu il də WWDC tədbirinə qədər iOS 14 ilə əlaqədar hər hansı bir şərh etməyəcək və texnologiya maraqlıları, iyun ayına qədər iOS 14 ilə əlaqədar yalnız dəqiq olmyan məlumatlara sahib ola biləcəklər.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...