"İHS Markit": - Dünyada avtomobil istehsalı kəskin azalacaq | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


"İHS Markit": - Dünyada avtomobil istehsalı kəskin azalacaq

Elm və texnologiya A- A A+

Koronavirus pandemiyası bu il Avropa və Amerika qitələrində avtomobil istehsalının ötən illə müqayisədə 1,438 min ədəd az olması ilə nəticələnəcək. 

EDNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu proqnozla Böyük Britaniyada fəaliyyət göstərən "IHS Markit" araşdırma şirkəti çıxış edir. 

Şirkətin mütəxəssislərinin fikrincə, azalmanın 880 min ədədi Avropa ölkələrinin payına düşəcək. Bu baxımdan Almaniya (256 min ədəd), İspaniya (140 min ədəd) və Fransa (100 min ədəd) xüsusilə fərqlənəcək. 

Şimali Amerikada avtomobil istehsalının 478 min ədəd (o cümlədən ABŞ-da 336 min ədəd), Cənubi Amerikada isə 80 min ədəd azalacağı gözlənilir. 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...