Qlobal smartfon bazarının liderləri dəyişdi | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


Qlobal smartfon bazarının liderləri dəyişdi

Elm və texnologiya A- A A+

Dünya smartfon bazarında lider şirkətlərdən olan Huawei telefon istehsalına görə, bu dəfə 4-cü sırada qərarlaşıb.

EdNews ted.az-a istinadən bildirir ki, bu haqda Strategy Analytics şirkəti məlumat yayıb.

Məlumata görə, koronavirus (COVİD-19) pandemiyası müxtəlif sferada iş prosesinə ciddi şəkildə təsir göstərməyə davam edir. Belə ki, virus təhlükəsi smartfon bazarına da öz təsirini göstərib. Ümumiyətlə, fevral ayının nəticələrinə əsasən, dünya smartfon bazarına telefon çatdırılması 38% azalaraq 62 milyon ədəd olub. Satış isə 39% azalıb. Bu göstəriciyə görə, fevral ayında 65 milyon ədəd telefon satılıb.

Digər maraqlı məqam isə dünya smartfon bazarında lider şirkətlərinin sırasında olan dəyişiklikdir. Bu siyahıda smartfon istehsalına görə, Samsung (18,2 milyon), Apple (10,2 milyon), Xiaomi (6 milyon), Huawei (5,5 milyon), Oppo (4 milyon), Vivo isə 6-cı (3,6 milyon) yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...