LG şirkəti LG G seriyasını ləğv edir | Eurasia Diary - ednews.net

9 May,


LG şirkəti LG G seriyasını ləğv edir

Elm və texnologiya A- A A+

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, LG şirkətinin növbəti flaqman smartfon modeli Snapdragon 865 prosessoru əvəzinə Snapdragon 765G prosesoru ilə təchiz olunacaq.

Cənubi Koreyadan olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən LG şirkəti daha bir vacib qərar verib.

Belə ki, şirkət LG G flaqman smartfon seriyasının ləğv edilməsini və uzun illər öncə məşhur olmuş, lakin sonradan unudulmuş digər smartfon seriyasını yeniləməyi planlaşdırır. Bu barədə Fonearena saytı xəbər verib.

Hələ təqdim olunmamış LG G9 ThinQ smartfon modelinin aqibətinin necə olacağı tam məlum deyil. Ola bilər ki, bu smartfon tamamilə fərqli ad ilə satışa çıxsın. Verilmiş məlumata əsasən şirkət bir vaxtlar məşhur olmuş LG Chocolate smartfon seriyasını bərpa etmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, bu seriya altında mobil telefonlar 2000-ci illərdə satışa çıxırdılar. LG-yə yaxın olan mənbələr qeyd edirlər ki, şirkət hal hazırda keçmiş seriyalara üstünlük verir və ümid edir ki, bu üsulla o, mobil sahədə öz mövqelərini yaxşılaşdıra biləcək.

Mənbələr bildirirlər ki, yeni Chocolate modeli hal hazırda mövcud olan 5G smartfonlardan fərqlənəcək.

Sözügedən smartfon artıq may ayında təqdim oluna bilər.

EdNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...