“Toyota” maska istehsalına başlayacaq | Eurasia Diary - ednews.net

31 May,


“Toyota” maska istehsalına başlayacaq

Elm və texnologiya A- A A+

Yaponiyanın "Toyota Motor" avtomobil şirkəti koronavirus epidemiyası ilə əlaqədar qoruyucu maska istehsalına başlayacaq.

EDNews Trend-ə istinadən xəbər verir ki, şirkətin istehsalı olan maskalar şəffaf plastik örtüklə təmin olunacaq ki, bu da təkcə şəxsin ağız boşluğunu deyil, bütün üzünü qoruyacaq.

Şirkət bəzi maska partiyalarını qıtlıqla üzləşən tibb müəssisələrinə də yollayacaq.

Qeyd edək ki, bu günədək Yaponiyada 3 906 nəfər koronavirusa yoluxub, 92 nəfər həyatını itirib.

Bütün dünyada ölənlərin sayı isə 75 min nəfərə yaxındır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...