Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb

Elm və texnologiya A- A A+

Amerikalı alimlər koronaviruslara qarşı vaksin kimi istifadə edilə biləcək süni virus yaradıblar.

Süni virus hələlik laboratoriya şəraitində, MERS koronavirusu yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Alimlər hesab edirlər ki, bu yanaşma SARS-CoV-2 virusuna qarşı da səmərəli olacaq. Araşdırmanın nəticələri Amerika Mikrobiologiya cəmiyyətinin mBio jurnalında dərc edilib.

EDNews.net xəbər verir ki, hazırda dünyada insanları COVID-19 və ya ondan əvvəlki SARS (SARS qeyri-tipik pnevmoniya adı ilə məşhur olan kəskin respirator sindromu) və MERS (Yaxın Şərq respirator sindromu) kimi koronavirusların törətdiyi infeksiyalardan qoruyan vaksin yoxdur.

Alimlər yeni araşdırmada gen-mühəndis virusunun yaradılmasına əsaslanan perspektivli yanaşmanı təsvir edirlər. Koronavirusların "tikanları" bu virusun tərkibindəki zülal fraqmentlərindən əmələ gəlir. Onlar hüceyrələrin səthindəki reseptorlarla bağlanır, bu da virusun sağlam hüceyrələrə keçməsinə imkan verir.

Müəlliflər yeni virusu MERS virusuna qarşı vaksin kimi siçanlar üzərində sınaqdan keçiriblər. Məlumdur ki, MERS virusu siçanları məhv etmir, buna görə də eksperiment üçün model heyvanlar yaradılıb. MERS virusu bu heyvanların orqanizmində toplanan DPP4 zülalı vasitəsilə insan hüceyrələrinə daxil olur.(modern.az)

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...