Huawei şirkətindən daha bir - Yenilik | Eurasia Diary - ednews.net

2 Avqust, Bazar ertəsi


Huawei şirkətindən daha bir - Yenilik

Elm və texnologiya A- A A+

Şirkətin idarəçi heyətindən, Richard Yu, Huawei P40′ ın təqdimatı sırasında, kredit kartı çıxaracağını bildirdi.

Çin mobil cihaz istehsalçıları tez-tez Apple-dan yeni məhsullar üçün ilham alırlar. Məsələn, bir müddət əvvəl Xiaomi, Apple'ın Animoji xüsusiyyətinin Memoji versiyasını etdi.

İndi Huawei, ABŞ şirkətinin etdiyi kimi öz kredit kartını işə salacaq.

Şirkətin Consumer Business Group baş direktoru Richard Yu, Huawei P40 modelinin təqdimatı zamanı Huawei Kartını təqdim etdi. Yeni məhsul haqqında bir çox təfərrüat hələ bilinməsə də, Çin şirkətinin kredit kartı Apple Kartın ən yaxşı xüsusiyyətlərini əldə edəcəyini söyləmək olar. Kart həm fiziki, həm də virtual versiyada mövcud olacaq və kontaktsız ödəniş metodunu da dəstəkləyəcək.

Bundan əlavə, şirkətin smartfonlarının bütün məlumatları ödəniş məlumatları ilə etibarlı bir mağazada saxlayacağı, Huawei Kartın isə Çinin ən böyük ödəmə sistemi olan UnionPay ilə işləyəcəyi bildirilir. Bundan əlavə, Huawei, kredit kartının istifadəçilərinə bir çox üstünlük verəcəyini açıqladı. Məsələn, şirkət birinci il üçün kart xidməti haqqını almayacaq və ikinci il üçün Huawei Pay istifadə edərək alış-verişə müəyyən bir pul xərcləyənlər üçün kredit kartı pulsuz olacaq. Təqdimat zamanı Huawei Kartının buraxılış tarixi elan edilməyib və onun hansı ölkələrdə istifadə ediləcəyi hələ məlum deyil.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...