"NASA” mütəxəssisləri Marsa çoxlu sayda milçək boyunda kiçik robot buraxmağı planlaşdırır.
Robotlarla dolu zondlar həyata keçirilməsi gələn ilədək təxirə salınan "EkzoMars-2020” missiyası çərçivəsində qırmızı planetə göndəriləcək.
EDNews.net "Ridus”-a istinadən xəbər verir ki, "robot milçəklər” göydə qala bilən nanokarton plastinlərindən ibarətdir. Onlar enerjisini Günəşdən alacaq.
Robotların üzərinə Günəş işığı düşər-düşməz onlar havaya qalxacaq.
"Milçəklərin” əsas məqsədi Marsda su və metal axtarmaq olacaq.(oxu.az)