“Tinder”də videoünsiyyət funksiyası yaradılacaq | Eurasia Diary - ednews.net

30 May, Şənbə


“Tinder”də videoünsiyyət funksiyası yaradılacaq

Elm və texnologiya A- A A+

"Tinder" mobil əlavəsində videoünsiyyət vasitəsilə tanış olmağa imkan verən yeni funksiya istifadəyə veriləcək. Ünsiyyəti yalnız təkbətək formatda qurmaq mümkün olacaq. Bu barədə servisin sahibi "Match" şirkətinin birinci rüb üçün maliyyə hesabatında deyilir.

EDNews.net  ictnews.az-a istinadən bildirir ki, videoçat funksiyasının yaxın vaxtlarda əlavə ediləcəyi gözlənilir. Ayın əvvəlində analoji funksiya "Match" şirkətinə məxsus "Hinge" proqramında yaradılıb.

Bildirilir ki, əksər insanların distansiyalı təhsil və iş formatına keçdiyi son aylar ərzində "Tinder" proqramının abunəçi bazasında artımın zəif olması məhz video vasitəsilə ünsiyyət qurmaq imkanının olmaması ilə əlaqədardır. Servis rübü 6 milyon ödənişli istifadəçi auditoriyası ilə başa vurduğu halda 2019-cu ilin dekabrında bu göstərici 5,9 milyon təşkil edib - "Tinder" üç ay ərzində yalnız 100 min nəfər cəlb edib. Ötən ilin həmin dövründə servisə 384 min yeni abunəçi qoşulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...